Hamiləliyin əsas ƏLAMƏTLƏRİ
Feat.Az immunitet.az-a istinadən bildirir ki, bunu bilmək sizə çətin gəlməsin. Ev şəraitində hamiləliyin olmasını bilmək üçün orqanizmdə baş verən bəzi dəyişikliklərə diqqət yetirmək kifayətdir. Hər bir cinsi həyatı olan normal sağlam qadının hamilə qalmaq şansı var. Hamiləliyin ilkin əlamətləri bunlardır:
- aybaşının ləngiməsi
- ürək bulanma
- iştahanın itməsi
- qoxulara qarşı xoşagəlməz reyaksiya
- bəzən qusma
- süd vəzilərinin böyüməsi
- səhərlər düz bağırsaqdan ölçülən qızdırmanın 37 dərəcə olması.
Bu əlamətlərə əsaslanaraq həkimə getmədən hamilə olmağı dəqiqləşdirmək olar. Bundan başqa ev şəraitində hamiləlik testı vasitəsilə də hamiləliyin olamasını təsdiqləmək olar. Tam əmin olmaq üçün testi bir neçə gündən sonra təkrarlamaq lazımdır.
Hamiləliyin olmasını xəstəxana şəraitində, həkim nəzarəti altında yoxlatdırmaq daha məqsədəuyğundur. Həkimin müayinəsi və USM-in nəticələri sayəsində hamiləliyin öyrənilməsi daha məqsədəuyğundur. Çünki qanın analizləri, həkimin topladığı anamnez də diaqnozun qoyulmasında böyük rol oynayır. Hamilə qadının 9 ay boyu nəzarət altında olmasını nəzərə alaraq hamiləliyin diaqozunun da xəstəxana şəraitində olması vacibdir.