Xoruldamaq probleminizi təbii üsulla yox edin

05 Haziran 2016
1 544
0
Xoruldamaq probleminizi təbii üsulla yox edin
Xoruldama dayandırmaq üçün tənəffüs yollarındakı tıxanıqlığı açmaq əhəmiyyətlidir. Seçimlər arasında evkalipt yağını içə çəkmək və ya burundan nəfəs almağı aktivə edən duz məhlulu hazırlamaq vardır. Xoruldamağa bir çox səbəb vardır: spirt, soyuqdəymə və ya sinus infeksiyaları, narahat yuxu mövqeləri, burun tıxaıqlığı və.s. Qadinklubu.com bu problemdən xilas olmağın təbii üsullarını təqdim edir.

Soğan, adaçayı və buxar duşu

Soğan, adaçayı və buxar duşu xoruldamağı dayandıra və sizə gündəlik fəaliyyətiniz üçün kafi enerjini verəcək dinc bir yuxu təmin edə bilər.

Soğandan faydalanmaq üçün böyük dilimlərə bölün və 15 dəqiqə qaynadın. Bu mayeyə bir az qəhvəyi şəkər əlavə edin və çay kimi için. Bunu yatmamışdan 2 saat əvvəl etmənizdə fayda var.

Digər tərəfdən adaçayı yarpaqlarını bir az suda qaynadaraq yatmamışdan əvvəl içə bilərsiniz.

Xoruldamaqdan xilas olmaq üçün yaxşı nəfəs almaq çox əhəmiyyətlidir. Nəfəs yollarını açmaq üçün buxar duşlarından faydalana bilərsiniz. Bu duş üçün, içinə evkalipt yağı qoyduğunuz qaynayan suyu istifadə edə bilərsiniz. İsti suyu ilədolu qaba başınızı əyin və başınızı bir dəsmalla örtərək buxarla nəfəs alın.

Təbii meyvə suları

Tərkibi:
2 alma
2 kök
¼ limon
bir az zəncəfil
Hazırlaması çox asandır; bütün ərzaqları bir az su ilə blenderdən keçirin və gündə bir neçə dəfə için.

Xoruldamaq bunlara səbəb ola bilər:

Ağız quruluğu
Yuxu nizamında problemlər
Yorğunluq
Baş ağrıları və əsəb
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.