Həyat paylaşınca gözəl !

09 Haziran 2016
1 427
0
Həyat paylaşınca gözəl !
Bir gənc qadın aeroportda öz reysini gözləyirdi. Onun reysi gecikirdi və təyyarəsini gözləyərək aeroportda bir neçə saat vaxt keçirməli olur. O, vaxtın keçməsini gözləyərkən bir kitab və bir qab peçenye alaraq oturacaqda oturur. Qadının yanında isə jurnal oxuyan bir kişi oturmuşdu. Peçenye qabı onların arasında olan oturacaqda idi. Qadın bir peçenye götürür, kişi də birini götürür! Bu qadını qıcıqlandırır, lakin o, heç nə demir və kitab oxumağa davam edir. Hər dəfə qadın peçenye götürəndə, kişi də bir peçenye götürürdü. Qadın çox əsəbiləşir, lakin gözləmə zalında dava salmaq istəmir.

Qabda bir peçenye qaldıqda qadın fikirləşdi ki, görəsən bu kişi indi nə edəcək. Kişi sanki qadının fikirlərini oxuyur, o, peçenyeni götürür, iki yerə bölür və başını jurnaldan ayırmayaraq yarı peçenyeni qadına uzadır.

Bu an qadının səbr kasası dolur və o, əşyalarını götürərək yerindən qalxır və gedir.

Daha sonra qadın təyyarəyə minəndə çantasını açır və orada bir qab peçenye görür. Onun birdən yadına düşür ki, o, peçenye aldıqdan sonra onu çantasına qoymuşdu.

Və qadının əsəbiləşdiyi kişi əslində qəzəblənməyərək öz peçenyesini onunla paylaşırmış.
Paylaşmaq gözəldir!
Əvvəlki Xəbər Növbəti Xəbər

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (365)
21:00
352

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (365)

18.01.2020 Gündəlik Bürclər (18 Yanvar 2020)
20:00
1 816

18.01.2020 Gündəlik Bürclər (18 Yanvar 2020)

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (383)
19:00
593

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (383)

Sizi sevir, yoxsa sevmir – Psixoloji TEST
18:00
278

Sizi sevir, yoxsa sevmir – Psixoloji TEST

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (90)
17:00
548

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (90)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
214

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gündə iki stəkan pomidor suyu için - Xanımların DİQQƏTİNƏ!
15:00
84

Gündə iki stəkan pomidor suyu için - Xanımların DİQQƏTİNƏ!

Qadınlar Haqqında Maraqlı Həqiqətlər
14:41
2 813

Qadınlar Haqqında Maraqlı Həqiqətlər

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (207)
14:00
404

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (207)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ