Azərbaycanlı turistlər ən çox hansı ölkələrə səfər edir? (STATİSTİKA)

09 Haziran 2016
1 036
0
Azərbaycanlı turistlər ən çox hansı ölkələrə səfər edir? (STATİSTİKA)

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib. Feat.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu barədə qonşu ölkənin baş naziri Georgi Kvirikaşvili bildirib.

Azərbaycanlı turistlər ən çox hansı ölkələrə səfər edir? (STATİSTİKA)

"Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turist və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14.9 faiz, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24.3 faiz artıb. Bu çox müsbət göstəricidir" — deyə baş nazir bildirib.

Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

570 mindən çox azərbaycanlı Gürcüstanda dincəlib.
Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib. Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Türkiyə gəlir. Ermənistandan gələnlərin sayı 445 min 343 nəfər, Rusiyadan isə 303 min 678 nəfər təşkil edib.

Beşliyi Ukrayna 53 min 166 nəfər bağlayır. 2015-ci ildə Gürcüstanın turizm sektorundan gəliri 1,94 milyard dollar təşkil edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.