Dejavu haqda bilmədiyiniz — FAKTLAR

12 Haziran 2016
1 901
0
Dejavu haqda bilmədiyiniz — FAKTLAR
Bəzən hazırda baş verən hansısa hadisəni və ya hissi əvvəllər də yaşadığımızı xatırlayırmış kimi oluruq. Beynin bu vəziyyətinə dejavu deyilir. Dejavu fransızcadan “artıq görmüşəm” kimi tərcümə olunur və 97% insanın həyatı boyunca bir dəfə belə olsa, baş verir. Bəs dejavu əslində nədir və necə yaranır?

Dejavu adətən 15-25 yaş arası daha sıx müşahidə olunur və 30 yaşdan sonra tamamilə itir. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Elmi olaraq dejavunu araşdırmaq çox çətindir. Çünki onu laboratoriya mühitində, hətta gipnoz altında belə yaratmaq mümkün deyil. Buna baxmayaraq çoxlu səs-küyə və marağa səbəb olan dejavu müxtəlif elmlər tərəfindən araşdırılır. Onun izahı ilə bağlı psixoloqlar, fiziklər, filosoflar və astroloqlar fərqli fikirlər səsləndirirlər.

Ziqmund Freydin tələbəsi Psixoloq Karl Yung dejavunu keçmiş həyat, və genetik yaddaşla əlaqələndirib. Real olmasına inanılan başqa fərziyyələrdən biri dejavu halının paralel dünyalarla əlaqəli olmasıdır. Bəzi araşdırmaçılar ruhun öncədən həyatımızla bağlı hər şeyi bildiyini və dejavu effektinin yalnız ruhun yaddaşı olduğunu hesab edirlər.

Çox maraqlı təkliflərdən biri isə zamanın keçmişdə, indiki zamanda və gələcəkdə eyni anda getməsi ilə bağlı olan fərziyyədir. İnsanın qavrama bacarıqları bütün bunları eyni anda dərk edə bilmir. Məhz dejavu zamanı insan kiçik zaman çərçivəsində bu dərketməni yaşayır. Bunu başqa sözlə aydınlanma da adlandırırlar.
Zimund Freyd isə dejavunun unudulmuş yuxular olduğu fərziyyəsini irəli sürüb. Lakin bu fərziyyə tam olaraq isbatını tapmayıb.

Psixoloqlar əsasən dejavunun əsəb, psixoloji problemlər nəticəsində yarandığını qeyd edirlər. Çünki dejavu halını tez-tez yaşayan insanlar əsasən depressiya, epilepsiya xəstələri və ya uzun müddət narahatlıq hissi keçirmiş insanlardır.

Filosofların isə bu mövzu ilə bağlı öz fikirləri var və bunu böyük işlərə təkan verə biləcək yaradıcılıq nişanəsi olaraq görürlər. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan başqa bir amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.

Dejavunun əksi isə Jamevu adlanır. Bu tanış yerləri və ya insanları ilk dəfə görürmüş hissinin yaranmasıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.