OŞO – “Güc, Siyasət və Dəyişiklik”

12 Haziran 2016
2 135
0
OŞO – “Güc, Siyasət və Dəyişiklik”
Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.

Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.

Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!

Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr.

Nixon, başqalarının telefon danışıqlarını dinləyərkən yaxalandı və nəhayət, prezidentlikdən istefa etmək məcburiyyətində qaldığı zaman, Mao Zedongun şərhi diqqətə layiq idi. “Bunu hər siyasətçi edər. Bunda özəl bir durum yoxdur, niyə bu qədər böyüdürlər? Zavallı Nixon sadəcə olaraq bunu edərkən yaxalandı.” dedi.

Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.

Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.

Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil.

Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış.

Fərqindəliklə edilən hər şey gözəl ola bilər; eyni hərəkət, fərqindəlik olmadan çirkinləşə bilər.

Dolayısı ilə xatırlanmalı olan ilk şey, qorxu ilə hərəkət etməyin doğru yol olmadığıdır.

Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.

Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur.
İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.

Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır.. irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.

Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən.
Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən.

Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən, ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir.

İşıq, sevgi və yaradıcılıq, heç kimə hökm etməklə maraqlanmaz. Nə üçün? Başqası başqasıdır; nə sən kiməsə hökm etmək istəyərsən, nə də başqasının sənə hökm etməyini istəyərsən. Azadlıq, sadəcə birazca oyanıq olmağın ləzzətidir.

Dünyada indi yaşayan çox az insan var. Həmişə ya keçmişdə, ya da gələcəkdə yaşayırlar.

Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik.

Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı öyrədirəm və gözləməməyi.

Qadınlar kişilərdən nə aşağıdır, nə də üstündür. İkisi insanlığın iki fərqli cinsidir, müqayisə edilə bilməzlər. Müqayisənin özü axmaqlıqdır və müqayisə etməyə başlasan, başına dərd açacaqsan.

Sadəcə axmaqlar müharibə etməyə davam etdi; bütün ağıllı insanlar nəyin doğru, nəyin yalnış olduğuna qərar verməyin yollarını tapmaqla məşğul idi.

Hindistanda, hər filosofun bütün Hindistanı gəzməyi, digərlərinə meydan oxumağı bir ənənə idi. Meydan oxumaq düşməncə deyildi, bunu anlamalısan. İkinci səviyyədə düşmənlik yoxdur; iki tərəfdə də həqiqəti axtaran insanlar vardır. Dostca bir vəziyyətdir, dava deyil; ikisi də həqiqətin qalib gəlməyini istəyər. Heç kim digərinə qalib gəlməyi istəməz. Məsələ qətiyyən bu deyil.

Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.” Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.

Azadlıq, müsbət bir anlayışdır.

Və bir araşdırmaçı, nəyin yaxşı, nəyin pis olduğu barədə düşünməməlidir; sadəcə araşdırmalı, izləməli, müşahidə etməlidir.

Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır.
Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.

“Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır.

Həyat vicdanlı deyilmiş, adil deyilmiş kimi gəlir, çünki əlimzidən bir oyuncaq aldı. İnsan, belə böyük nəticələrə gəlməkdə təsəlməməlidir. Bir az da gözlə. Bəlkə bütün dəyişikliklər hər zaman yaxşılığadır. Sadəcə kifayət qədər səbrli olmalısan. Həyatı bir az daha sərbəst buraxmalısan.

Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan.
Hazırlayan: Fidan Aslanova

fitret.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.