Bir Birinizə Yardım Edin

14 Haziran 2016
1 664
0
Bir Birinizə Yardım Edin
Köçəri durnaların havada süzərkən “V” şəklində uçduqlarını yəqin ki, müşahidə etmisiniz. Elm adamları durnaların nə üçün bu cür uçduqlarını araşdırmışlar.

“V” şəklində uçduqda uçan hər quş qanad çırpdıqca arxasındakı quş üçün onu qaldıran bir hava axını buraxır. Beləliklə, “V” şəklində uçan durna qrupu bir-birilərinin qanad çırpması nəticəsində əmələ gələn hava axınından istifadə edərək, uçuş mənzillərini 70% uzada bilirlər. Yəni, tək halda gedə biləcəkləri maksimum yolu qrup halında, demək olar ki, iki qatına çıxarırlar.

Durnalardan biri “V” qrupundan çıxdığı halda, uçmaqda çətinlik çəkir. Çünki bu zaman o, digər quşların əmələ gətirdiyi hava axınının xaricində qalmış olur. Buna görə də yenidən qrupa qoşulur və yoluna bu şəkildə davam edir.

“V” qrupunun başında gedən durna bu cür hava axınından istifadə edə bilmir. Buna görə də digərləri ilə müqayisədə daha tez yorulur. Yorulan durna ən arxaya keçir və bu dəfə onun arxasındakı durna dəstəyə liderlik etməyə başlayır. Bu yerdəyişmə mütəmadi olaraq həyata keçirilir. Beləliklə, hər durna qrupun bütün hissələrində yer almış olur. Uçuş sürəti yavaşladıqda arxadakı quşlar qabaqdakılara bağıraraq xəbərdarlıq edirlər.

Əgər qrupda durnalardan biri xəstələnər, yaxud bir ovçu tərəfindən vurulub uça bilməyəcək vəziyyətə düşərsə, yıxılan quşa kömək etmək məqsədilə qrupdan iki durna ayrılır və qorumaq məqsədilə xəstə, yaralı durnanın yanına enir. Yenidən uça bilənə (ya da ölənə) qədər onunla bərabər qalır, yaralı quşu əsla tərk etmirlər. Daha sonra özlərinə başqa bir durna qatarı tapırlar. Heç bir qrup da onlara bu şəkildə qoşulmaq istəyən durnaları rədd etmir.

Bir misal da insanlardan verək.

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi bir iş vardı. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim bu işi yerinə yetirmək üçün çalışmırdı. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı fikirləşirdi ki, işçilərdən Hər Biri bu işi yerinə yetirəcək. Amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı.

Sosial varlıqdır insan. İnsan ilə insan olur insan. Başqa insanlara yardım etməyən, ən azı durnalar qədər özündən başqasını düşünməyən insan yalnız potensial insan olub, hələ həqiqi insan deyildir. İnsanlara yardım edən, özü yüksələrkən başqalarını da unutmayan insan, insan adını daşımağa layiqdir.

Dünya hamımıza çatar, amma bir-birimizə yardım edəriksə. Yoxsa ikinci bir dünya da bizə bəs eləməz. İnsana yardım eyni zamanda insanı Yaradana bir şükür ifadəsidir. Allaha şükür etmək istəyən, əvvəlcə, insanlara təşəkkür etməyi öyrənməlidir. Dünyanı dünya kimi yaşasaq, bunun heç də çətin olmadığını görərik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.