Nanə mürəbbəsi - dadlı, mədə-bağırsağa xeyirli və çox ətirli

28 Haziran 2016
2 181
0
Nanə mürəbbəsi - dadlı, mədə-bağırsağa xeyirli və çox ətirli
Təzə nanədən daha nə hazırlaya bilərəm, düşünürsüz? Nanə mürəbbəsi bişirmək olar. Həm dadlı, həm mədə-bağırsağa xeyirli, həm də ətirli...

Ərzaqlar:

Təzə nanə - 250 qr.
Limon - 2 ədəd
Şəkər tozu -1 kq.
Su - 0,5 litr

Hazırlanması:

Nanələr yuyulur, sıxılmadan dəsmalın üzərində suyu süzülür. Sonra yarpaqları ayrılır. Limon qabığı ilə birgə xırda doğranılır. Qazana su alıb, limon və nanəni bura əlavə edin. 15 dəqiqə qaynadıb, oddan götürün. 1 sutka saxlayın. Sonra içindəki nanə limonu götürün, suyu süzün. Nanə limon qarışığının üzərinə şəkər tozu səpib, 10 dəqiqə saxlayın. Sonra süzülmüş suyuna əlavə edib, 2 saat vam odda bişirin. Hazır olanda sterilizə olunmuş bankaya yığıb, qapağı kip bağlayın.

sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.