İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN

30 Haziran 2016
2 009
0
İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN
İsti havada insanın ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Məhz bu səbəbdən isti havada ürək tutmaların, inrarkt və insultun sayı xeyli artır.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bəzi məhsullar var ki, bu məhsulların tez-tez qəbulu ürəyə isti havaya tab gətirməyə kömək edir. Bu məhsullar arasında:

- Ət, qaraciyər.
Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir.
- Zeytun, küncüt yağı.
Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir.
- Ərik, ərik qurusu və ərik şirəsi.
Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir.
- Qabıqda bişirilmiş kartof.
Kartof da kaliumla zəngindir.
- Pomidor.
Kalium və likopin maddəsi ilə zə
ngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir.
- Banan.
Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
- Noxud, mərci, lobya.
Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var.
- Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt.
Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır.
- İspanaq.
Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.