Dahilərin Yuxuda Kəşf Etdikləri

28 Haziran 2016
2 987
0
Dahilərin Yuxuda Kəşf Etdikləri
Əgər siz də ilk başlarda kimya dərsini diqqətlə dinləmisinizsə, o zaman bilirsiniz ki, Mendeleyev məşhur kimyəvi elementlər cədvəlini məhz yuxuda görüb. Bəziləri bunun həqiqət olmadığını iddia edir. Sadəcə cədvəl üzərində işləyən Mendeleyev axır zamanlar çox pis yatır, yarı yuxulu, yarı oyaq vəziyyətdə olurdu. Amma buna rəğmən yuxuda edilən kəşflər ilə bağlı hekayələr Mendeleyev ilə yekunlaşmır.


Bir dəfə Dekart yuxuda açıq kitab görüb. Yuxuda ikən ruh onu inandırıb ki, Dekartın taleyinə yazılıb ki, o riyazi prinsiplərin təbiətin dərk edilməsində tətbiqinin mümkünlüyünü sübut etsin və bu isbatlama ona böyük fayda gətirəcək.

Almaniyalı kimyaçı Fridrix Kekule yuxuda öz quyruğunu dişləyən ilan görüb. Bu yuxudan sonra Kekule benzol molekulunun strukturunu təklif edib.

Fridrix Burdax qan dövranı haqqında ideyanı yuxuda görüb.

Nobel mükafatı laureatı Otto Levi yuxuda ürək impulslarının sinir vasitəsi ilə ötürülməsini görüb.

Nils Borun atomun strukturu ilə bağlı gördüyü yuxu haqqında bəzi xatirələr mövcuddur – nüvə və elektronlar ona günəş və onun ətrafında hərəkət edən planetlər sistemi obrazında görünüb.

Frederik Bantinqin həmin dövrdə apardığı təcrübə barədə gördüyü yuxu insulinin kəşfi ilə nəticələnib.

Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramunadcan iddia edirdi ki, onun kəşfləri ona yuxuda induist ilahəsi Namaqiri tərəfindən söylənilib. Onun yuxularında ilahə özü bərabərlikləri yazırmış.

Sovet aviakonstruktoru Oleq Antonov yuxuda gördükdən sonra nəhəng "Antey" təyyarəsinin quyruğunun quruluşunun rəsmini çəkmişdir.

Elias Xouv, 1845-ci ildə tikiş maşınını yaratmazdan öncə maşının iynəsini necə yerləşdirmək məsələsi üzərində həddindən artıq baş sındırırdı, bu məsələ onu çox incidirdi. O bilmirdi ki, iynənin dəliyini necə yerləşdirsin ki, ip parçanın əks üzündən daxil olsun.

Bir dəfə o yuxuda görür ki, bir qrup vəhşi adam tərəfindən əhatə olunub və onu əsir götürmək istəyirlər. Vəhşilər nizələrini silkələyə-silkələyə onun ətrafında fırlanırdı. Birdən Elias diqqət yetirir ki, bu nizələrin düz iti ucluqlarının üzərində dəliklər vardır. Yuxudan ayılandan sonra, o iynənin dəliyini əks tərəfə, yəni iynənin ucunun üzərinə keçirir – bununla da problem həll olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.