İradəli insan olmaq vacibdirmi?

07 Temmuz 2016
1 925
0
İradəli insan olmaq vacibdirmi?
İnsanı digər canlılardan ayıran bir xüsusiyyəti də iradədir. Güclü iradə nə deməkdir? İradə -insanın məqsədə çatmaq üçün çətinlik və maneələri aradan qaldırması ilə ifadə olunan şüurlu psixi fəaliyyətdir. İradə müəyyən fəaliyyət məqsədini seçib, onun həyata keçməsi üçün daxili cəhd göstərmək qabiliyyətidir.
Müvəffəqiyyət nə şansdır, nə mirasdır, nə sərvətdir nə də mövqedir. Müvəffəqiyyət səylə çalışaraq, iradəmizin gücüylə, hədəfdən çaşmadan əldə etdyimiz bir nemətdir. Peşə seçərkən, iş və ya yoldaş seçərkən, paltar alarkən belə iradəmizi sərgiləməyə ehtiyacımız vardır.
Halbuki bəzi insanlar tək başına paltar belə seçə bilməzlər. Sağlam seçim etdiyimizdə özümüzü güclü hiss edərik. Nəticədə iradəmizə sahib olub, işimizi və hadisələri nəzərə alaraq yaxşı planlar qursaq daha xoşbəxt və güclü olarıq. Buna görə müxtəlif hadisələr zamanı doğru qərar verərək təxirə salmadan etməliyik. Bu şəkildə güclü iradəyə sahib olarıq. Güclü iradə nəticəsində fərdi və ruhi inkişafımızı təmin edərək, hədəflədiklərimizə və xəyal etdiklərimizə daha asan çatarıq.
Bəs güclü iradəyə sahib olmaq üçün nələr edə bilərik?

1. Hədəfi təyin etmək. İnsan ilk növbədə həyatda olan hədəfini müəyyən etməlidir. Etmək istədiyi işi dəqiq və aydın şəkildə təyin etməlidir. Bu hədəf şəffaf, əldə oluna bilən, ifrat və təhrifdən uzaq, öz istedad və qabiliyyətlərinə uyğun olmalıdır.

2. Öz qabiliyyətlərini tanımaq. Hər birimizin öz istedadlarımız vardır. Kifayətdir ki, bu gücümüzü tanıyaq. Hədəfimizə çatmaq üçün onlardan istifadə etməliyik.

3. Proqramlaşdırmaq. Gündəlik işləri proqramlaşdırmaq lazımdır. Bu proqram nizamlı və aydın olmalıdır. Gecə yatmamışdan qabaq isə gördüyümüz işlərin təhlilini aparaq. Gördümüz işlərdə nə qədər müvəffəqiyyət qazandığımıza nəzər salaq.

4. İradənin güclənməsi tədricən olur. İradəmizin güclü olmasını istəyiriksə, qəbul etməliyik ki, bu birdən alınan məsələ deyildir. Tədricən baş verir. Güman etməyin ki, bir dəfəyə iradənizi gücləndirə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.