Bağırsaqlar üçün ən faydalı 5 MƏHSUL

10 Temmuz 2016
2 033
0
Bağırsaqlar üçün ən faydalı 5 MƏHSUL
İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır - zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim edirik:
- Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.
- Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.
- Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.
- Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir.
- Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.