Sinə sallanmasının qarşısını alan təbii üsullar

07 Temmuz 2016
3 817
0
Sinə sallanmasının qarşısını alan təbii üsullar
Sinənin sallanması bir çox xanımın qorxuduğu problemdir. Bu problem müxtəlif səbəblərdən yarana bilir. Sinə hissə yağ təbəqəsindən ibarət olduğu üçün onun gec-tez sallanacağını hər bir xanım yaxşı bilir. Amma xanımların əksəriyyəti bunun qarşısını almaq üçün tam olaraq nə etmək lazımdır bilmirlər. Əslində isə sinəmizin sallanmaması üçün əlimizdən gələni edə bilər, sallanma müddətini uzada bilərik. Həm də, bunu etmək üçün heç bir estetik əməliyyata da ehtiyacımız yoxdur. Çünki həmişə təbii üsullar ən yaxşı çıxış yoludur. Əgər sizin də belə bir probleminiz var və yaxud da gələcəkdə sinənizin sallanmasını istəmirsinizsə təqdim etdiyimiz bu yazıdan faydalana bilərsiniz.

Sinə niyə sallanır?
Sinənin sallanmasının bir çox səbəbi var. Bu səbəblərin başında kilo alıb-vermək, hormonal dəyişikliklər, çox isti duş almaq və uzun müddət günəşlənmək dayanır. Digər əsas səbəblərdən biri də siqaret qəbuludur. Çünki siqaretin tərkibindəki nikotin qan hüceyrələri ilə birlikdə dəriyə daxil olan oksigenə mane olur. Bu da dərinin yaşlanmasına və sallanmasına səbəb olur.

Sinə sallanmasının qarşısını alan təbii üsullar
İdman edin. Sinəni və bu hissədəki əzələləri canlandıran bir çox məşqlər var. Bunların içində ən effektlisi üzgüçülükdür.
Kalsium, C vitamini və zülalla zəngin olan qidalar qəbul edin. Bu qidalar dərinin sıxlaşmasını təmin edəcək, eyni zamanda da, sinə sallanmasının qarşısını alacaq.
İsti su ilə yuyunmaq sinənin sallanmasına səbəb olur. Əgər mümkündürsə hər gün sinənizi buz və zeytun yağı ilə ovun. Buz sinənin diri qalmasına çox yaxşı təsir edir. Bu masajdan sonra sinənizi tam sıxan büstqalter geyinin və yarım saat uzanın.
Mümkün olduqca dik dayanın, qamətinizi düzəldin.
Tez-tez kilo verib-almaq sinəni sallandırır. Buna görə də, yavaş-yavaş kilo verin və ya alın.
İdman edərkən və qaçarkən sinənin sallanmasına mane olan xüsusi büstqalter geyinin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.