Sağlam dişlərə sahib olmaq üçün 9 qayda

10 Temmuz 2016
2 254
0
Sağlam dişlərə sahib olmaq üçün 9 qayda
Sağlam, par-par parlayan dişlərə sahib olmaq üçün ağız və diş baxımına diqqət yetirməniz mütləq lazımdır.

Feat.Az xəbər verir ki, Selma Kurtoğlunun sözlərinə görə, laqeyd yanaşılan kiçik bir çürük; ürək-damar xəstəliklərinə, revmatizmaya, xoraya, böyrək və qaraciyər problemlərinə, hətta xərçəngə belə səbəb ola bilər.

Sağlam dişlər üçün 9 qızıl qayda

1- Səhər və axşam dişləri fırçalamaq, diş sapı istifadə etmək və ağız qarqaraları ilə dişlərin ətraflı tam təmizləmək lazımdır. Dişlər nə qədər yaxşı fırçalansa da ara üzlər və protezlərin altı diş sapının köməyi ilə təmizlənməlidir. Gündə 1 dəfə mütləq diş ipi istifadə edilməlidir.

2- Fındıq, qoz kimi sərt qidalar dişlərlə qırılmamalıdır.

3- Kök, alma kimi lifli və çox sərt qidaları yemək bir növ diş fırçası vəzifəsini yerinə yetirərək, dişləri təmizləyir və gücləndirir.

4- Şəkər, şokolad kimi qidalardan sonra dişlərin xüsusilə fırçalanması və ya bol su ilə çalxalanması lazımdır.

5- Xüsusilə uşaqlıq çağında dişlərin çıxması ilə birlikdə azı dişlərə fissür örtücüdən istifadə çürükləri qabaqlayır.

6- Şəkərsiz saqqız çeynəmək dişlərin təmizlənməsinə köməkçi olar.

7- Turşulu içkilər yerinə təbii meyvə suları və ya miniral sular istifadə olunmalıdır.

8- Daimi diş həkiminə gedərək, müəyyən aralıqlar ilə panoramik rentgen çəkdirərək çürük dişlər yoxlanılmalıdır.

9- Flordan istifadə dişləri gücləndirir.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.