2 addımda saçqıranlara son

20 Temmuz 2016
3 131
0
2 addımda saçqıranlara son
Müəyən faktorların təsiri ilə saçlar cansızlaşır və təəssüf ki, saç uclarında sözügedən təsirlərin nəticəsində saçqıranlar meydana gəlir.

Saçqıranlar saçların uzanmasının qarşısını almaqla yanaşı həmdə saçlara cansız və xoş olmayan bir görünüş qazandırır. Xüsusən də uzun saç sevənlər üçün saçqıranlar xüsusilə məyusedici bir haldır. Artıq belə bir probleminiz qalmayacaq.

Feat.Az-ın təqdim etdiyi sadə və effektli üsulla saçqıranlardan xilas ola bilərsiniz.

1-ci addım

2 addımda saçqıranlara son

Saçlar nizamlı olaraq kəsilməlidir. Bu həm saçların sağlam və canlı olması, həm də saçqıranaların meydana gəlməməsi üçün ilkin şərtlərdəndir. Qeyd edək ki, artıq zədə almış saçların bərpa edilməsi mümkün deyildir.

2-ci addım

2 addımda saçqıranlara son

İkinci mərhələdə isə saçlar kəsildikdən sonra mütəmadi olaraq saçınıza maska edin. Arqan yağı ilə saçlarınıza tətbiq edəcəyiniz maska saçlarınıza canlılıq qazandıracaq. Saçınıza forma verərkən və ya qurudarkan fenin təsirindən saçlarınız artıq solğunlaşmayacaq.

Arqan maskası

Bir qədər arqan yağını əlinizə vuraraq saç diblərinə tətbiq edin. İncə masaj hərəkətləri ilə saç diblərinə arqan yağını yaydıqdan sonra bir qədər saç uclarına da arqan yağı tətbiq edin. Daha sonra saçlarınızı isti bir dəsmalla örtərək 30-40 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə durulayın. Saçlarınızın normal qurumasını təmin edin. Bu maskanı həftəfə 1-2 dəfə tətbiq edin. Mütəmadi olaraq istifadə eildiyi təqdirdə saçqıranların yox olduğunun şahidi olacaqsınız.

Eyni zamanda gündəlik olaraq da bir qədər arqan yağını sadəcə saç uclarına sürtməklə də saçlarınıza canlılıq bəxş edə bilərsiniz.

qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.