Model kimi görünmək üçün nə etməli?

24 Mart 2022
1 852
0
Model kimi görünmək üçün nə etməli?
Türkiyəli model Tülin Şahin ideal bədənə sahib olmaq üçün əməl edilməsi vacib olan şərtləri sadalayıb.

- Hər gün mütləq idman etməyə çalışın. Laqeyd yanaşmayın.

- Tərəvəz, meyvə və ağ ətə üstünlük verin. Qırmızı əti isə həftədə iki dəfə olmaqla idmandan sonra yeyin.

- Duz və şirniyyatdan istifadə edərkən ehtiyatlı olun.

- Səhər və günorta yeməyinizi zənginləşdirin, amma axşam yeməyini yüngülləşdirin.

- Əgər gündə yalnız 3 dəfə qidalanırsınızsa, tezliklə bu vərdişdən imtina edin. Çünki ara yeməklərdən də mütləq şəkildə istifadə etmək lazımdır.

- Əgər 3-5 kiloqram artıq çəkinizin olduğunu hiss edirsinizsə, o zaman nisbətən tünd rəngli geyimlər geyinməklə ideal bədən görünüşünə sahib ola bilərsiniz.

- Sellülit kremini gündə iki dəfə istifadə edin. Əgər idman sonrası sellülit kremi istifadə etsəniz, daha təsirli olacaq. Gecələr hüceyrələrimiz yeniləndiyi üçün yatmazdan əvvəl sellülit kremi istifadə edərək ikiqat nəticə əldə edə bilərik.

- Yaxşı nəmləndirilmiş dəri hər zaman daha yaxşı görünür. Bu səbəbdən yalnız yayda deyil, qış aylarında da dərinizi nəmləndirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.