Evdə ləzzətli mohito hazırlamağın yolu

Evdə ləzzətli mohito hazırlamağın yolu
Bu zərif alkoqollu içki son illərin ən sevilən və məşhur içki növlərindən biri hesab edilir
Yayın istisində sərinləşdirici içki və kokteyllər əsl yerinə düşür. Kafe və restoranlarda oturan kimi ilk əvvəl sərinləşdirici içki sifariş edib, yayın dözülməz istisinin yükünü üzərimizdən atmağa çalışırıq. Bu içkilər arasında ən çox sevilənlərdən biri isə Mohito (Mojito) hesab edilir. Alkoqollu və alkoqolsuz formada təqdim edilən içkinin ləzzətindən doymaq olmur. Bu gün Pahoo.az ilə evdə mohito hazırlamağın yolunu öyrənəcəksiniz!

Nələr lazımdır?


Qazlı su, Şəkər tozu ( 2 çay qaşığı), Nanə yarpaqları, Laym (yaşıl rəngli limon), 100-150 qr rom. Alkoqolsuz mohito hazırlayırsınızsa, bu siyahıdan romu çıxara bilərsiniz.

Necə Hazırlamalıyıq?


Kokteyl hazırlamaq üçün sizin xüsusi koktekl stəkanınızın olması daha yaxşı olardı. Nanə yarpaqları və şəkəri kokteyl stəkanına ataraq, qazlı suyu da əlavə edirsiniz. Bir az əzərək, şəkərin həll olunması və nanə yarpaqlarının dadının çıxmasına çalışın. Laymın 1/3 hissəsini də stəkanın içinə atın, qalan hissəsini isə sıxaraq qarışığa əlavə edin. Alkoqollu mohito sevirsinizsə, 100 qr romu da kokteylə əlavə edin. Bütün bu inqredientləri əlavə etdikdən sonra, kokteyli silkələyərək, yaxşıca qarışdırın.

Sonda əldə etdiyiniz qarışığı stəkana əlavə edin. Buz parçaları da olmaqla, stəkanı qazlı su ilə doldurun. Qazlı su əvəzinə sprite kimi şəffaf rəngli şəkərli içkidən də istifadə edə bilərsiniz. Bu halda şəkər tozundan ya çox az, ya da ümumiyyətlə istifadə etməməlisiniz. Sonda isə dekorasiya üçün laym və nanədən, çiyələkdən istifadə edə bilərsiniz.

Nuş olsun!

pahoo.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qığılcım Yazılı Şəkillər 2019 (63)
21:00
535

Qığılcım Yazılı Şəkillər 2019 (63)

24.07.2019 Gündəlik Bürclər (24 İyul 2019 Günlük Bürclər)
20:00
1 605

24.07.2019 Gündəlik Bürclər (24 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (211)
19:00
698

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (211)

Qürur Yazılı Şəkilləri 2019 (1)
18:00
620

Qürur Yazılı Şəkilləri 2019 (1)

Maraqlı Qarışıq Şəkillər Kolleksiyası 2019 (1)
17:00
490

Maraqlı Qarışıq Şəkillər Kolleksiyası 2019 (1)

Məşhurların instaqramda paylaşdıqları son fotolar
16:00
269

Məşhurların instaqramda paylaşdıqları son fotolar

Sevdim Səni Yazılı Şəkillər 2019 (29)
15:00
610

Sevdim Səni Yazılı Şəkillər 2019 (29)

Bu əlamətlər varsa sizdə yağ çatışmır – Ağrı, yaddaş, diqqət pozulması, depressiya...
14:00
105

Bu əlamətlər varsa sizdə yağ çatışmır – Ağrı, yaddaş, diqqət pozulması, depressiya...

Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar
13:00
289

Bürclərin Ayrılma Səbəbləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ