Bu peçenyelər unsuz hazırlanır! Dadlı, faydalı və asan yulaf peçenyesi

Bu peçenyelər unsuz hazırlanır! Dadlı, faydalı və asan yulaf peçenyesi
Bu peçenyelər unsuz hazırlanır! Dadlı, faydalı və asan yulaf peçenyesi

Ərzaqlar:
Kərə yağı – 100 qr.
Yulaf lopaları – 150 qr.
Yumurta – 1 ədəd
Şəkər tozu – 100 qr.
Darçın – bir çimdik
Qabartma tozu – 1 ç.q.

Hazırlanması:
Yulaf lopalarını blenderdə un halına düşənə kimi həll edirik. Sonra ərinmiş kərə yağını şəkər tozu ilə qarışana kimi mikserdə çalırıq. Üzərinə yumurta əlavə edirik, çalırıq. Yulafı, qabartma tozunu, darçını da üzərinə tökürük və qaşıqla qarışdırırıq.
Alınan kütlənin üzərini örtürük və 1,5 saat soyuducuda saxlayırıq. Sonra soyuq xəmirdən quru əllərimizlə qoz boyda “şariklər” qopardırıq, peçenye formasını verib, kağız salınmış listə düzürük. Onları bir-birindən 3-4 sm. aralı düzmək lazımdır. 180 dərəcədə 15-20 dəqiqə bişiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.