Sağlam saçlara və dəriyə sahib olmağın ASAN YOLU: 1 stəkan düyünü...
Düyü suyunun əldə edilməsi
1 stəkan düyünü yuyun. Qazanda 3 su stəkanı su ilə bu düyünü qaynadın. Su qaynayıb düyü bişdikdən sonra suyunu bir qaba süzün. Soyumasını gözləyin. Daha sonra hava keçirməyən qabda bir həftə boyunca soyuducuda saxlayın. 1 həftə sonra düyü suyunun olduğu qaba 1-2 şorba qaşığı su əlavə edin və südə bənzəyən hala gələnə qədər qarışdırın.
Əgər düyünü qaynatmaq istəmirsinizsə, 1 stəkan düyü yuyub bir qaba qoyun, üstünə 2 stəkan su əlavə edin. Təxminən yarım saat belə saxladıqdan sonra düyü və suyu qarışdırın, süzün. Daha sonra düyü suyunu təmiz bir qaba tökün, 3-4 gün soyuducuda saxlayın. İstifadə etməzdən əvvəl yaxşıca qarışdırın. Düyü suyunu hazır etdikdən sonra dəri və saç qulluğu üçün istifadə edə bilərsiniz.
Güclü və sağlam saçlar üçün
Düyü suyu saçı yumşaldır və güc verir. Saç zülaldan meydana gəldiyi üçün və düyüdə də zülal olduğuna görə saç köklərinə faydalıdır. Beləcə, parlaq və sağlam saçlara sahib olarsınız. Saçlarınızı şampunla yuduqdan sonra düyü suyunu saçınıza tökün, barmaq uclarınızla baş dərinizə 10 dəqiqə masaj edin. Sonra suyla saçlarınızı yaxalayın. Bu metoddan həftədə 2-3 dəfə istifadə etsəniz, nəticələrini siz də görəcəksiniz.
Qabarıq saçlarınızı yumşaldar
Qabarıq saçlarınızla artıq mübarizə apara bilmirsiniz. Bu zaman sizə sadəcə olaraq düyü suyu kömək ola bilər. Düyü suyunun içində bol olan zülal saçlarınızı yumşaldacaq və şəkil verməyi asanlaşdıracaq. Eyni zamanda, yumşaq quruluşuyla saçlarınızı açacaq və saç tellərinizə də yaxşı təsir edəcək.
Dərinizdəki yaraları və sızanaq izlərini aparar
Düyü suyunun tərkibində olan nişasta dərinizdəki qurumuş sızanaq və yara izlərinin sağalmasına kömək olar. Həmçinin, ekzema və ya digər dəri xəstəliklərindən qaynaqlanan yara izlərini aradan qaldırmağa də köməkçi olar. Bu kimi izləri və yaraları yox etmək üçün duş qəbul etdiyiniz zaman ilıq suya bir neçə stəkan düyü suyu qarışdırın və 15-20 dəqiqəyə qədər dərinizi bu suyla isladın. Bunu gündə 2 dəfə etdikdən sonra nəticəsini görə bilərsiniz. Əgər tək bir bölgədəki izləri yaxşılaşdırmaq istəyirsinizsə, pambıq parçasını soyuq düyü suyuna batırın və həmin bölgəyə sürtün. Bunu gündə bir neçə dəfə təkrar edin.
Məsamələri daraldır
Böyük məsamələr, xüsusilə, yağlı dərilərdə daha çox olur. Dəridəki açıq və böyük məsamələr akne və qara nöqtə kimi problemlərə gətirib çıxarar. Bu problemlə döyüşmək üçün düyü suyu olduqca təsirlidir. Düyü suyunu məsamələrinizi örtmək üçün istifadə etmək istəyirsinizsə, əvvəl düyü suyunu normal suyla qarışdırın. Bir pambıq parçasını düyü suyunun içinə qoyun və sonra üzünüzə pambıqla tətbiq edin. Üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Ən yaxşı şəkildə faydalanmaq üçün hər gecə bunu təkrarlayın.
Dərinizi hamarlaşdırır
Düyü suyu eyni zamanda dərini hamarlaşdırır və cildinizə sağlamlıq, parlaqlıq qatır. Həmçinin, dəridəki toksinləri də xaric edir.
Dərini yumşaldır
Düyü suyu dərini yumşaltmaq və nəmləndirmək üçün idealdır. Tərkibindəki zülal sayəsində su itkisinə mane olan düyü suyu dərini uzun müddət nəm saxlayır. Eyni zamanda, dərinin sallanması və ya günəşə məruz qalması nəticəsində yaranan qırışlara da yaxşı təsir göstərən antioksidanlar ehtiva edir.
lent.az