Ürəyim sıxılır, - deyənlər bu yazını oxusun

28 Temmuz 2016
2 727
0
Ürəyim sıxılır, - deyənlər bu yazını oxusun
Hər birimiz gün boyu və bir neçə gündən bir "ürəyim sıxılır” ifadəsini işlədirik. Bəs bu ürək, can sıxıntısı nə deməkdir?

Can sıxıntısı qərarsızlıq, üzüntü, rahatsızlıq, hətta nəfəs ala bilməmə kimi əlamətlərlə özünü göstərir. Ancaq bu hal təbii ki, durduğumuz yerdə yaranmır. Aile.lent.az türkiyəli psixoloq Selik Karabulutun bununla bağlı fikirlərini təqdim edir.

Psixoloq deyir ki, xüsusən narahat xarakterli, hər şeyə diqqət edən, vəsvəsəçi, mükəmməl olmağa çalışan insanlar bu problemlə daha asan qarşılaşır.

Bütün bu əlamətlər yaşanan bir hadisəyə, getmək bilməyən düşüncəyə, həll olunmaqda olan və ya heç cür həll edilməyən bir problemə, xəstəliyə,
münasibətlərdəki problemə bağlı ola bilər. Əslində bütün bu hallarda hiss edilən can sıxıntısının təməlində çarəsizlik duyğusu ilə bərabər narahatlıq, qayğı da durur.

Depressiyadan fərqi nədir?


Can sıxıntısı və depressiya arasındakı əsas fərq depressiyanın uzun davam etməsidir. Depressiya kliniki bir tablodur. Can sıxıntısı isə sadəcə bir
neçə gün çəkir. Depressiyada özünə qapanma, geri çəkilmə, kefsizlik, qara fikirlər, kədər kimi əlamətlər hakimdir. Can sıxıntısında isə geri
çəkilmə yoxdur, sadəcə tərəddüdlər var. İnsan nəsə istəyər, ancaq nə istədiyini bilməz. Depressiyada isə istək yoxdur, insan heç bir şey
istəməz və əldə edəcəyi heç bir şeyin ona yaxşı təsir edəcəyini düşünməz.Can sıxıntısı insanda boşluq hissi yaradır. Belə halda insan nəyinsə itdiyini düşünər, ancaq bunun nə olduğunu tam anlamaz.Mükəmməl olmaq istəyənlər daha çox can sıxıntısı yaşayır. Hər kəsin can sıxıntısı yaşaya biləcəyini deyən psixoloqun sözlərinə görə, bu hal imtahan əvvəli, bir şeyin nəticəsini gözləyərkən, iclaslardan əvvəl, xəstəxanaya gedildiyində, gərginliyin artması kimi hallarda ortaya çıxır.

Nə etməli?


İnsan can sıxıntısını əvvəlcə özünə ifadə etməlidir. Daha sonra "hansı hadisə ilə bağlı iç sıxıntısı yaşaya bilər, ən son kiminlə danışıb, nə üçün
narahatdır?” kimi suallara cavab tapmalıdır. Özəlliklə bir işin həllini gözləyərkən o vaxtı başqa işlə başını qatmaq sıxıntını azalda bilər.
Mümkündürsə, bu sıxıntınızı bir yaxınınızla paylaşın, bölüşün, ona anladın.

Nə vaxt həkimə getməli?


Bir neçə həftə davam edərsə, işə diqqət toplaya bilmirsinizsə, sosial problemlərin başlaması hallarında, ağlama, narahatlıq, qorxu kimi
halların artması dərəcələrində həkimə getməlisiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.