Bədən tipinə görə şort seçimi

09 Ağustos 2016
2 090
0
Bədən tipinə görə şort seçimi
Yayın vazkeçilməz geyimi olan şortlar da bədənə görə seçilməlidir. Çünki şortunuz bədən quruluşunuzu vurğulayıb qüsurları örtməyi də bacarmalıdır.

Feat.Az lent.az-a istinadən sizi bədən tipinə görə şort seçimi etməyin yolları ilə tanış edir.

Alma

Alma bədən tipinə sahib olan xanımlar dar cins şortlar yerinə, daha enli və bol modellərə üstünlük verməlidirlər. Cırıq, köhnə tipli cinslər bədən tipinizə uyğunlaşma təmin edərək ayaqlarınızı daha cazibədar göstərəcək.

Qum saatı

Yumru ombanız və incə beliniz varsa, ən böyük üstünlüyünüz belinizdir. Buna görə şortunuzun belinə kəmər taxıb bluzunuzu içinə sala bilərsiniz.

Arıq bədən

Bədəninizdə qüsur yoxdursa, naxışlar və işləmələr mövzusunda cəsur olun. Əl işləmələri və naxışlar ombanızın hər tərəfinə diqqət çəkərək seksual görünüş yaradacaq. Eyni zamanda, yumru omba və əzələli ayaq təəssüratı yaradacaq.

Armud

Ombanızın yuxarı hissəsi enlidirsə, cibləri görünən kəsik şortlar sizin üslubunuzdur. Şortun qısa olması daha uzun ayaq təəssüratı yaradır. Bu model isə ayaqlarınızın bir qismini kamuflyaj edəcək. Bluzunuzu şortun içinə salmaq da belinizin incəliyinə diqqəti çəkə bilər.

Kiçik boy

Boyunuz uzun deyilsə, qısa, bədənə kip oturan, kənarları qatlanmış ağ şortlar ayaqlarınızın uzun, ombanızın daha cazibədar görünməsini təmin edəcək.

Uzun gövdəli


Əgər bədəninizin üst qismi daha uzundursa, diqqəti ayaqlarınıza çəkən, mini cırıq cinslər seçməlisiniz. Qaytanlanmış sandallarla geyərək ayaqlarınızı daha da uzun göstərə bilərsiniz.

Uzun və arıq bədən


Bermud şortlar sanki uzun ayaqlı qadınlar üçün hazırlanıb. Uzun və incə ayaqlarınızı bədəninizə yapışan bermud şortlarla ortaya çıxara bilərsiniz.

İdmançı

Əzələli və güclü ayaqlarınıza diqqət çəkmək üçün mini və qatlanmış cins şortlardan daha yaxşı seçim ola bilməz.

Əzələli qarın

Qarın əzələlərinizi göstərməyə can atırsınızsa, yüksək belli və köhnə tipli şortlar seçə bilərsiniz. Tropik kofta ilə uyğunlaşdırdığınız bu cins forması seksual qarın əzələlərinizi vurğulayacaq.

Qısa gövdə, uzun ayaqlar

Ayaqlarınız uzundursa, şanslısınız. Şaquli və ya üfüqi fərqinə varmaz, xətli şortlar diqqəti ayaqlarınıza çəkəcək.

Uzun ayaqlar

Uzun ayaqları sərgiləmək üçün əyləncəli, cırıq, köhnə tipli cins şortlar geyinərək uzun ayaqlarınızı qürurla nümayiş etdirə bilərsiniz.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.