Gündə ən az yarım saat musiqi dinləməniz üçün 5 SƏBƏB

21 Ağustos 2016
1 889
0
Gündə ən az yarım saat musiqi dinləməniz üçün 5 SƏBƏB
Boşuna deməyiblər ki "Musiqi ruhun qidasıdır"... Yuxu problemindən xəstəliklərə qədər, yaxşı təsir etmədiyi heç bir şey yoxdur. Feat.Az lent.az-a istinadən musiqi dinləməyin səbəb olacağı möcüzələri təqdim edir.

Beyni hər daim dinc tutur


Yaş irəlilədikcə beyin funksiyaları yavaşlayır və neyronlar arasındakı əlaqələrdə axsamalar yaşanır. Hətta yaşlı fərdlərdə unutqanlıq, Alzehmeyr kimi yaşla bağlı xəstəliklərin görülməsinə səbəb olur. Ancaq araşdırmalar göstərir ki, bir musiqi alətində ifa etmək, musiqi dinləmək beynin yüksək səviyyədə çalışmasına yardımçı olur. Eyni zamanda musiqi unutqanlığın qarşısını alır və zehni inkişafda rol oynayır.

Uşaqlarınıza musiqi dinlədin


Uşaqlara musiqi dinlətməyin də faydaları araşdırmalarla bəlli olub. Məktəbə getməyən uşaqlarda uşaqların bilmədikləri kəlmələri asan qavradıqları, göz və zehni zəka səviyyələrinin daha yaxşı irəlilədiyi deyilir.

Xoşbəxt hiss etdirir


Musiqi dinlədiyimiz anda bəziləri üzülür, bəziləri sevinir, bəlkə də bəziləri havaya uçur. Ancaq hansı növ olmasına baxmayaraq sizin yaxşı hiss etmənizi təmin edən dopamin, seratonin hormonlarının ifrazına yardımçı olur. Depressiya, stress, qayğını azaldır.

Ürək sağlamlığına faydalıdır


Ürək xəstələri üzərində aparılan araşdırmalara görə, ürək əməliyyatından əvvəl xəstələrə ən sevdikləri musiqi dinlədilir və xəstənin daha çox endorfin hormonu ifraz etdiyi deyilir. Bunun sayəsində əməliyyat zamanı və sonrası qan təzyiqi, qan ritmi normal səviyyədə təsbit edilir.

Daha rahat yatmanıza kömək edər


Gün ərzində hər hansı bir sevimli mahnınızı dinləmək gün sonunda sizə stressdən uzaq, dərin və rahat bir yuxu bəxş edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.