Kişilərə ev işini necə öyrətməli?

Kişilərə ev işini necə öyrətməli?
Tez mühakimə etməyin

Bütün ailəli qadınlar bilirlər ki, kişilər qadınlardan çox fərqlidirlər. Bu əsas prinsipə əsaslanaraq məsləhət görürük ki, həyat yoldaşlarınızın nəyə qadir olması barədə tələsik və əsası olmayan fərziyyələr yürütməyin. Həyat yoldaşınızı olduğu kimi qəbul edin. Əmin olun ki, onu heç bir şərtsiz, olduğu kimi qəbul etsəniz, həyat yoldaşınızı özünüzə qarşı ən yaxşı formada cəlb edə bilərsiniz.
Həyat yoldaşınızda ev işlərinə qarşı şövq yaranması üçün bu məsələni də yadınızdan çıxarmamalısınız ki, kişilərin nəyi bacarmaları və yaxud əllərindən hansı işin gəlməsi barədə yürüdülmüş ilkin fikirləri başınızdan atmalı və onları olduqları kimi qəbul etməlisiz.
Qadınlar öz həyat yoldaşlarının diqqət mərkəzlərində olmalarını sevdiyi kimi, kişilər də öz xanımlarının diqqət və ehtiramını qazanmağı sevirlər. Qadınlar həyat yoldaşlarının onlara qarşı göstərdiyi sevgi və istəyin nəyə görəsə olmamasını sevdiklərini kimi (yəni, xanımın evdarlığı və yemək bişirə bilməmələrini, yaxud ailə qurandan sonra zaman ötdükcə onda baş verən zahiri dəyişiklikləri nəzərə almadan), kişilər də öz həyat yoldaşlarının onlara qarşı ehtiramının heç bir şərt üzərində olmamasını (məsələn, kişinin aylıq qazancını nəzərə almadan) sevirlər.

Ərinizin səhv etməsinə icazə verin

Bəlkə də işin ən çətin mərhələsi elə budur. Həyat yoldaşınızın sizə ev işlərini həyata keçirmək sahəsində göstərdiyi səyləri tənqid etməklə siz onun özünə inam hissini aradan apara bilərsiz. Tənqid etmək deyərkən məqsədimiz həyat yoldaşınızın səhvlərinə qarşı kəskin münasibət bildirməyinizdir. Əgər ona dostcasına və mülayim formada hər hansı bir çatışmayan cəhətini söyləsəniz, heç bir zaman problem yaranmaz. Yox əgər bütün işlərin sizin istədiyiniz kimi və əmrinizə uyğun olaraq həyata keçməyini istəyirsinizsə, yaxşı olar ki, həyat yoldaşınızdan heç bir kömək istəməyəsiniz. Həmin işi özünüz həyata keçirin, nəinki işin məsuliyyətini həyat yoldaşınızın üzərinə qoyduqdan sonra işini necə həyata keçirməsinə diqqət yetirmək məqsədilə ona nəzarət edəsiniz.

Məsələn: Əgər həyat yoldaşınız iki yaşında uşağınızı çimizdirirsə, bu işi necə görməsini tam olaraq onun öz üzərinə buraxın. Əgər uşağınızın sağlamlığı problemlə üzləşməyəcəksə, icazə verin ki, əriniz istədiyi kimi uşaqla oynasın, davransın və öz üzərinə düşən vəzifəni istədiyi formada həyata keçirsin.
Əgər həyat yoldaşınız həmin işi görmək sahəsində sizdən kömək istəyərsə, ona lazımi məsləhətlər verin. Əks halda sizin ərinizin işlərinə müdaxilə etməyə haqqınız yoxdur. Daha yaxşı olar ki, sakit dayanmaqla işi tam şəkildə həyat yoldaşınızın üzərinə buraxasınız. Əgər həyat yoldaşınızdan hər hansı bir səhv görsəniz, dərhal və kəskin formada bu məsələ sahəsində səhv buraxdığını ona bildirməyin, əksinə axşam vaxtı bütün gündəlik işlər sona çatdıqdan sonra sakit mühitdə bütün lazımı sözləri mülayim şəkildə həyat yoldaşınıza söyləyin. Belə etsəniz, ona həmin öhdəlikləri daha düzgün formada yerinə yetirmək sahəsində lazımi fürsət yarada bilərsiniz. Sizin həyat yoldaşınız üçün bu olduqca xoşagələn və təəccübləndirici addım olacaqdır. Siz onun səhv davranışlarını bu üsulla islah etsəniz, gələcəkdə ev işlərində onun köməyindən yararlana da biləcəksiniz. Həyat yoldaşınızla səhv davranışları barədə danışmamışdan öncə onun yaxşı formada yerinə yetirdiyi işlər barədə söz açın və sonra mehribancasına və səmimiyyətlə dolu söhbət əsnasında onun səhvlərini diqqətinə çatdırın.

Həyat yoldaşınızın ev işlərində göstərdiyi səylərinə görə ona təşəkkür edin.

Həyat yoldaşınızın sizə göstərdiyi hər bir köməyə görə (hətta həmin işi sizin səliqənizə uyğun olmayaraq həyata keçirsə belə), ona təşəkkürünüzü bildirin Siz bu yolla onu həvəsləndirə bilərsiniz və o, gələcək işlərdə də sizə kömək edər. Həmçinin işlərinizin tez qurtamasında onun sizə nə qədər kömək etdiyini xüsusilə vurğulayın.

Yaxşı mövqe və vaxt seçmə bacarığınızı gücləndirin


Sizin həyat yoldaşınız hər gün cəmiyyət və işlədiyi yerdə böyük problemlər və təzyiqlərlə üzləşir. Həmişə həyat yoldaşınızı müdafiə edin və onun tərəfini saxlayın. Belə etsəniz, həyat yoldaşınız yaxşılığa doğru dəyişilər. Siz həyat yoldaşınıza hər şeyə görə təşəkkür etsəniz, o da sizin sevinməniz üçün əlindən gələn heç nəyi əsirgəməz. Sizin həyat yoldaşınızın diqqət və qayğısına ehtiyacınız varsa, bu barədə ona söyləyin.

Həyat yoldaşınızdan fikirlərinizi oxuyacağını gözləməyin


Əksər qadınlar inanırlar ki, kişilər bizim zehnimizdən keçənləri oxumaq qabiliyyətinə malikdirlər və ehtiyaclarımızdan xəbərdardırlar. Bu fikirlərin əksinə olaraq demək istəyirik ki, kişilər bu işlərin heç birinə qadir deyillər. Siz bütün gününüzü alacaq bir işlə (uşaqla, ev işləri və s) məşğul olduqda və işlərinizin ağırlığından əziyyət çəkdikdə, həyat yoldaşınızın bütün bunları anladığını düşünməyin və gözləməyin ki, o özü sizə yaxınlaşıb öz köməyini təklif edəcək. Belə olduqda mülayim halda həyat yoldaşınızdan sizə kömək etməsini istəyin.

Həyat yoldaşınıza təlim keçin


Ev işlərini görərkən həyat yoldaşınızdan sizin yanınızda dayanmasını istəyin ki, o sizin işləri necə yerinə yetirdiyinizi rahat müşahidə edə bilsin. Bu məsələ gələcəkdə baş verə biləcək hər hansı bir problemin qarşısını ala bilər. Eləcə də, “Mənə kömək edə bilərsən?” cümləsinin əvəzinə, daha dəqiq məna ifadə edən cümlələrdən (məsələn: “Mən nahar hazırlayana qədər sən evə əl gəzdirə bilərsən?”) istifadə etsəniz, daha yaxşı olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.