Bürcünüz Saçınıza Forma Verir

13 Eylül 2016
1 978
0
Bürcünüz Saçınıza Forma Verir
Qoç
Aktiv, cəsur və şüurlusunuz. Duyğularınızı olduğu kimi müəyyən edir, məhdudlaşdırmalara gələ bilmirsiniz. Saç modelinizin də sizi maneə törətməsinə dözümlünüz yox. Praktik, qısa bir saç seqmenti tam sizə görədir. Uzun saçlı qoç qadınları, saçlarını mütləq geriyə darayar və at quyruğu şəklində bağlar. Düz görünüşlü bir at quyruğu üçün saçınız nəmliykən, hamarlaşdırıcı saç kremi tətbiq edin.

Buğa
İnadçı, etibarlı və səbirli bir şəxsiyyətiniz var. Gözəlliyiniz, cazibəniz və bütün qadına xas xüsusiyyətlərinizə qarşı, ayaqlarını yerə möhkəm-möhkəm basan bir quruluşa sahibsiniz. Bu səbəblə çox şişirdilmiş saç modellərini özünüzə əsla yaraşdıra bilmızsiniz. Təbii görünüşlü saçlar daha çox xoşunuza gedər.

Əkizlər
Ətrafınızla son dərəcə asan əlaqə yaradırsınız. Can çətinliyi sizə çox yad. Həddindən artıq nizama uyğun olmamanız, komplike saç modellərindən xoşlanmamanıza səbəb olur. Davamlı nəzarət edilməsi lazım olmayan, təbii halına buraxılmış modellər sizə daha uyğun.

Xərçəng
Son dərəcə romantik və idealist bir quruluşa sahibsiniz. Ayrıca məsafəli bir insan olduğunuzdan, hər kəsin asanca sizə yaxınlaşmasına icazə verməzsiniz. Buna görə yerinə görə gözlərinizdəki mənası ətrafınızdan gizləyə bilməniz üçün uzun saçlarınız olmalı.

Şir
Hər kəsin sevgilisi olaraq həyatı dolu-dolu yaşayırsınız. Dişi şirin zadəganlığına sahib olmanıza baxmayaraq, yenə də nəzakətli bir saç modeli sizə uyğun deyil. Bürclərin kraliçası olaraq, hər kəsin sizə heyranlıq duyması şərt. Buna görə dəbdəbəli saçlardan və cəsarət istəyən son moda dəyişik rənglərdən qorxmayın.

Qız
Dəqiq bir insansınız hətta mükemmeliyetçi belə deyilə bilər. Dağınıqlığın heç bir növünə dözə bilməzsiniz. Buna görə saçlarınızın diqqətlə daranmış olması şərtdir. Saçlarınıza nizamlı bir görünüş verə bilmək üçün saç spreyi və briyantin istifadə edin.

Tərəzi
Cazibəli və zarafatlı olmaq sizin ən fundamental xüsusiyyətiniz. Ayrıca uyğunlaşma və estetik mövzusunda da son dərəcə həssassınız. Eynilə Aslan qadını kimi siz də lüksdən çox xoşlanırsınız. Yetər ki çox diqqət çəkici olmasın. Bu səbəblə sizə sadə və qəşəng saç modellərini tövsiyə edərik.

Əqrəb
Bürclər arasında Əqrəb qadını qədər nə istədiyini bilən və hədəfə kilidlənən bir bürc daha yoxdur. Çöldən baxıldığında sakit və soyuq görünərsiniz. Buna bağlı olaraq mükəmməl şəkilləndirilmiş saçlar və hər vaxt baxımlı olmaq tipik xüsusiyyətlərinizdir. Saç modellərinizin daha yumşaq və feminen olmasını təmin edin. Bu cür saçlar sizə daha çox yaraşacaq.

Oxatan
Müstəqil xarakteriniz sizin tipik xüsusiyyətiniz. Ani qərarlar ala bilir, macəradan xoşlanırsınız. Jele, sprey kimi saç şəkilləndirmə məhsullarından xoşlanmadığınız üçün, yumşaqca tökülən bir saç modeli istifadə etmənizdə və saçınıza hamarlaşdırıcı saç kremi kimi daha yumşaq düsturlu və təbii görünüş verən şəkilləndiricilərlə şəkil vermənizdə fayda var.

Oğlaq
Cəld zarafat anlayışınız və mühitə uyğunlaşmanızın sayəsində ən çətin vəziyyətlərdən belə üzünüzün ağıyla sıyrıla bilərsiniz. Hər mövzuda olduğu kimi saç mövzusunda da möhkəmçisiniz. Buna görə saçınızın pozulmasını önləyən və hər telin yerli yerində dayanmasını təmin edən sprey, jele növü şəkilləndiricilər istifadə edin.

Dolça
Ətrafınızda olub bitən hər şeylə əlaqədar və son dərəcə ehtiraslısınız. Davamlı yeni fikirlər arxasındasınız. Bu vəziyyətdə kompleks saç modellərinə ayıracaq zamanınız da yox. Ancaq, o təbii işıltınızı itirməməniz üçün lütfən saç baxımınıza da diqqət edin. Fərdi saç baxımınıza uyğun məhsullar istifadə etməyə laqeyd yanaşmayın.

Balıqlar

Romantik və güclü hisslərə sahib bir insansınız. Həyatda həssas və duyğulu hərəkətlərlə irəliləyirsiniz. Saçlarınız da sizin kimi həssas olduğundan, boya və perma kimi kimyəvi tətbiqlərdən uzaq durun. Bitki mənşəli boyalar və spirt nisbəti aşağı şəkilləndiricilər istifadə etməyə diqqət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.