Bu Meyvələrin Çəyirdəkləri Zəhərləyir

13 Ekim 2016
1 856
0
Bu Meyvələrin Çəyirdəkləri Zəhərləyir
Gündəlik qida rasionumuzda mütləq istifadə etdiyimiz, yüksək vitamin, mineral və lif anbarı olan meyvələrin çəyirdəklərinə diqqət yetirməsək, sağlamlığımıza ciddi risk yarana bilər.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, xüsusən limon, alma, armud, gilas, ərik, heyva və ərik kimi meyvələrin yetkinləşməmiş çəyirdəyində yerləşən amiqdalin adlı maddə yüksək miqdarda olarsa, sianid zəhərlənməsinə səbəb ola bilər.

Meyvə tumunu udmaq da olduqca təhlükəli olduğu halda, çeynəmək amiqdalinin bədənə yayılmasını daha da sürətləndirir. Xüsusilə uşaqların meyvə yeyərkən tumunu udmaq və çeynəmək ehtimalı yüksək olduğu üçün ailələrin bu məsələdə diqqətli olmalarını və uşaqlarına xəbərdarlıq etmələri həyati əhəmiyyət daşıyır.

Sianid zəhərlənməsinin yüngül əlamətləri arasında baş ağrısı, baş gicəllənmə, narahatlıq, mədə ürək bulanması və qusma kimi simptomlar yer alarkən, daha ciddi hallarda tənəffüs çətinliyi, qan şəkəri və ürək ritmində ciddi artım və böyrək funksiyalarının ləngiməsindən sonra komaya qədər gedə biləcək hallar ola bilər. Uşaqlarda bu əlamətlərin ortaya çıxması halında vaxt itirmədən xəstəxanaya aparmaq lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.