Tez qocalmaq istəmirsinizsə...

26 Ekim 2016
1 302
0
Tez qocalmaq istəmirsinizsə...
Kürək üstü yatın

Kürək üstü yatmanın qırış meydana gəlməsinin qarşısını aldığı sübut edilmişdir. Yan, ya da qarın üstü yatmaq üz xətlərində, çənə və yanaqlarda bərabər olmayan qırışıqlıqlara səbəb olarkən, kürək üstü yatmaq bunu əngəlləyər.

Avtomobilinizdə rəngli şüşə seçim edin

Əgər gün ərzində uzun müddət avtomobil istifadə edirsinizsə, şüşədən əks olunan UBŞ şüaları dərinizin qırışmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün mütləq günəş kremi istifadə edin və şüşələri rəngli seçin.

Üzünüzü çox tez-tez yumayın

Dəriniz necə olursa olsun üzünüzü çox yumaq təbii yağlarını alacaq və dərinizi qurudacaq. Bu da dəridə qırışlara səbəb olur.

Antioksidant istifadəsi

Antioksidant tərkibli məhsulları istifadə etmək dəriyə yaxşı təsir edir. Amma antioksidant tərkibi bol qidalar qəbul etmək daha da yaxşı nəticə verir. Çiy sarımsaq, püstə, kakao kimi antioksidant baxımından zəngin qidaları qəbul etməyə laqeyd yanaşmayın.

Gözlərinizi qıymayın

Əgər tez-tez gözlərinizi qıyırsınızsa bu, göz ətrafının və alınınızın qırışmasına səbəb olur.

Daha çox çay için

Yaşıl çay, çobanyastığı çayı, itburnu çayı içmək, bədəndə istiliyi azaldır, sizi sərbəst radikallara qarşı qoruyur və qocalmağa qarşı təsir edir. Bir fincan çayı dəmləyin, soyudun ve üzünüzə, rahatlaşdırıcı su kimi, sprey tipində üzünüzə çiləyin . Soyumuş paketləri də, mimiki xətlərinizi azaltmak üçün, üzünüzə tətbiq edə bilərsiniz.

Daha çox balıq yeyin

Xüsusilə somon və sardalya balığı, tərkiblərindəki yüksək omega 3 və protein sayəsində, dərinizi gənc saxlayar, serotonin səviyəsini artırır...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.