Kökəldən Şəkil - Maraqlı

23 Ekim 2016
2 697
0
Kökəldən Şəkil - Maraqlı
Bir kişi psixiatrın yanına gedir və deyir:
- Çox narahatam, arvadım bütün günü yemək yeyir və divanda uzanıb televizora baxır. Hətta, televizora baxanda da yemək yeyir, yeməsə də, saqqız çeynəyir, ağzı bütün günü hərəkət edir, artıq bütün gözəlliyini itirib, bədəni eybəcər formaya düşüb, nə məsləhət görürsüz?
Psixiatr onu diqqətlə dinləyib cavab verir:
- Bildiyim və sınaqdan keçirib müsbət nəticə aldığım bir yol var; buyurun - psixiatr kişiyə çılpaq qadın şəkli verir.
Kişi təəccüblə:
- Bu şəklin bizə nə xeyri olacaq?
- Sən bu şəkli soyuducunun üstünə yapışdır, elə bərk yapışdır ki, arvadın qopara bilməsin. Hər dəfə soyuducunu açanda arvadın şəkli görəcək, özü ilə müqayisə edəcək və başlayacaq kilo verməyə, formaya düşməyə.
Psixiatr üç-dörd ay kişinin gəlmədiyini görüb evlərinə gedir və gözləmədiyi mənzərə ilə rastlaşır; kişi divanda uzanıb, saqqız çeynəyir, televizora baxır, bir xeyli də kökəlib.
Psixiatr təəccüblə soruşur:
- Sənə nə olub?
- Hər şey o lənətə gəlmiş şəklin ucbatından oldu, hər dəfə o şəklə baxmaq üçün soyuducunu açmalı, nəsə götürməli oldum, ona görə də kökəldim.
Fb: Kitab
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.