Ruhlar yuvasında 28 gün..

10 Ekim 2014
2 024
0
Ruhlar yuvasında 28 gün..
Ruhlar yuvasında 28 gün..


Nyu-York yaxınlığında Amitivill adlanan yer qorxulu bir evlə məşhurdur. Bütün Amerikanın Ouşen Avenyu 112 ünvanında yerləşən bu evdən xəbəri var.

Üçmərtəbəli iqamətgah 1924-cü ildə müstəmləkəçilər tərəfindən inşa edilib. Evin ilk sakinləri uzun illər xoşbəxt və firavan yaşayıblar. İlk ailədən sonra 1960-cı ildə evə yeni evlənmiş bir cütlük köçür. Cütlük evdə beş il yaşadıqdan sonra evi satıb, başqa yerə köçür.

1965-ci il iyun ayında De Feo ailəsi evi alır. Yeddi il sonra, 18 noyabr, 1974-cü ildə polis məntəqəsinə telefon zəngi gəlir. Xəttin digər ucundakı həyəcanlı adam deyir ki, Ouşen Avenyu 112 ünvanında atəş səsləri eşidib. Ünvana gələn polislər evdə altı cəsəd tapırlar. Onların hamısına atəş edilmişdi. Ölənlər ailənin atası Ronald De Feo, arvadı Luiza və dörd uşaq idi. Evdə yeganə sağ qalan kiçik övlad Ronald De Feo olur. Sonra məlum olur ki, evdəkiləri öldürən də məhz bu kiçik uşaqdır. Cinayətkar məhkəmədə deyir ki, onun içinə şeytanlar girib onu qətli törətməyə məcbur ediblər. Məhkəmə Ronaldı 150 il həbs cəzasına məhkum edir.

Bir il sonra, 1975-ci ildə altı nəfərin öldürüldüyü bu ev gənc ailə tərəfindən alınır. Corc və Keti Luç evin faciəli tarixçəsini bilmələrinə baxmayaraq, burada yaşamağa başlayırlar. Elə ilk gündən onlar hiss edirlər ki, evdə qəribə hadisələr baş verir. Qapı və pəncərələr öz-özünə açılır, qəribə və qorxulu səslər gəlir. Evdən hər yerdən çürüyən ət iyi gəlir və bu iydən qurtulmaq mümkün olmur. Sonra ailə keşiş dəvət edir ki, evi pis ruhlardan təmizləsin. Amma içəri girən keşiş dönərək arxasına baxmadan qaçır. Sonradan keşiş deyir ki, evdə çox güclü şeytanlar yuva salıblar və onlarla baş edə bilməz.

Luç ailəsinin dəhşətləri bununla bitmir. Onların kiçik qızı Mesi deyir ki, Codi adlı uşaqla dostluq edir. Lakin evdə bu adda heç kim olmur. Sonra məlum olur ki, Codi bir il qabaq öldürülən De Faoların qızlarından birinin adı imiş. Bir dəfə yuxudan qəfil ayılan Keti görür ki, havadadır və fırlanır. Corc qışqırığa ayılsa da, dəhşətdən şoka düşür və arvadının fırlanmasını sakitcə müşahidə edir. Elə həmin gecədən sonra Luç ailəsi evi tərk edir. Sonra onlar həmin evdə yaşadıqları 28 dəhşətli günü insanlara danışırlar.

1976-cı ilin fevralında məşhur paranormal hadisələr üzrə tədqiqatçılar Ed və Lorreyn Uorren evə girirlər. Aparılan tədqiqatlardan sonra Uorrenlər deyirlər ki, həqiqətən də evdə pis ruhlar dolaşır.

Sonralar Amerikada parapsixologiya institutunun direktoru doktor Stiven Kaplan ev dəhşətlərinin əslində uydurma olduğunu iddia edir. O deyir ki, Luç ailəsi sadəcə olaraq “Amitivill dəhşətləri” adlı kitabın müəllifi ilə əlbir olub bu hadisəni uydurublar ki, məşhurlaşsınlar. İddiaya baxmayaraq, bu ev Amerikanin ən dəhşətli evləri siyahısındadır.

2010-cu ildə ev 1.150 milyon dollara qiymətləndirilərək satışa qoyulub. Lakin evin indiki sahiblərinin kimliyi məlum deyil.

1979-cu ildə Stuart Rozenberq “Amitivill dəhşətləri” adlı film çəkib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.