Saçlarınız tez yağlanırsa..

16 Eylül 2020
2 007
0
Saçlarınız tez yağlanırsa..
Yağlı saçlar saçlarınızın çirkin və kirli görünməsinə səbəb olur. Bu xoş olmayan görüntüdən qurtulmağın yolu saçlarınızı sadəcə çox yumaq deyil.Əgər saçlarınız tez və çox yağlanırsa, bu tövsiyələr işinizə yaraya bilər.

Yağlı saçlardan qurtulmağın yolları:
* Əgər saçlarınız yağlanmağa meyillidirsə, gün ərzində saçlarınıza toxunmamağa səy göstərin.
* Saçlarınızı qaynar su ilə yumaq saç yağlanmasını sürətləndirən səbəblərdən biridir. İlıq su ilə yuyunmaq həm bədəniniz, həm də saçlarınız üçün daha yaxşıdır.
* Şampun seçimi edərkən diqqətli olmalısınız. Xüsusilə də, kremli şampunlardan və balzamlardan uzaq durmağa çalışmalısınız.
* Saçlarınızı limon suyu ilə yumaq saçlarınızı daha parlaq və az yağlı görünməsinə kömək edəcək.
* Quru (toz) şampunlardan istifadə edə bilərsiniz. Bu saçlarınıza qabarıq və yağsız görüntü bəxş edəcək.
* Saçlarınız yağlıdırsa, jele və sprey kimi vasitələri daha az istifadə etməyə çalışın.
* Həddən artıq fast food yeməyiniz də saçlarınızın yağlanmasına səbəb ola bilər.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET