Nəzərdən qurtulmaq
Qurani-kərimdə Qələm surəsinin axırıncı ayəsi (51-52) bütövlükdə nəzər haqqındadır.Peyğəmbərimiz (s) buyurub: “Nəzər haqdır,insanı qəbrə,dəvəni təndirə salar”.
Nəzərdən qorunmaq üçün Allahdan,Qurani-kərimdən başqasına üz tutmayın,güvənməyin!Üzərlik yandırmayın,muncuq asmayın,əşyalardan istifədə etməyin!Onda Allah sizdən nəzərini çəkə bilər!
Nəzərdən qorunmaq üçün ilk növbədə Qurana müraciət etmək lazımdır.Məgər nəzərə qarşı Allah kəlamından təsirli nə ola bilər?Ona görə də Qurani-kərimdən məxsusi ayələr tapıb oxumaq lazımdır.Ayələrin ən qüvvətlisi Ayətül-kürsi,Fatihə,İxlas,Fələq,Nas surələri və Qələm surəsinin axırıncı iki ayələridir.
Qələm surəsinin axırıncı iki ayələrinin oxunuşu:
Və in yəkadul ləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləmma səmiuzzikrə və yəqlunə innəhu ləməcnun.Və ma huvə illa zikrun lil aləmin.
Ayətül-kursi:
Bismillahir-rəhmanir rəhim.Allahu la ilahə illahuvəl həyyul qəyyum la təxuzuhu sinətun və la nəvmun ləhu ma fis-səmavati vəma fil ərzi mən zəlləzi yəşfəu indəhu illa bi iznihi yələmu ma bəynə əydihim və ma xəlfəhum və la yuhitunə bi şəyin min ilmihi illa bima şaə vəsiyyə kursiyyuhus səmavati vəl ərzə və la yəuduhu hifzuhma və huvəl əliyyul əzim.
İndi isə keçək sizdə nəzərin olub-olmamasının yoxlanmasına.
1.Yol gedən hər hansı adamı nəzarətə götürün.
2.Baxışlarınızı arxadan düz onun boynunun ardına dikin.
3.Diqqətlə baxın,baxın.
Əgər həmin adam sizdən gələn sirli şüalara dözməyib,içində nəsə hiss eləyib çevrilib arxaya – sizə baxırsa deməli sizdən qorxmaq olar-gözünüz dəyir!
Gözü dəyən adam nə isə yaxşı bir şey haqqında danışanda üç dəfə " maşallah" deməlidir ki,özü öz gözünün qabağını alsın.
İndi isə əziz xanımlar,bu metoddan istifadə edib öz şərhlərinizi yazın görək saytda neçə nəfər gözü dəyən adam var,onlarla danışanda cümlənin axırına “tfu,tfu” yazaq,oturan yerdə yanımızı qaşıyaq fellow ,ən əsası yuxarıdakı duaları oxuyaq.Mənim fikrimcə, hamı yazacaq “elədim,amma nəzərim yoxdur mənim”. wink