Xoruz ilində həyat qızışacaq

31 Aralık 2016
4 787
0
Xoruz ilində həyat qızışacaq
Xoruz ili 2017-ci ilin 28 yanvar tarixində Meymun ilini əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini daşıyan bu ilin 2017-ci ildə də enerji dolu olacağı gözlənilir. Həyat daha çox payız aylarından sonra qızışacaq. Həm sosial, həm də siyasi aləmdə yeniliklər vəd edən bu il bir çox maraqlı hadisələrin baş verməsi gözlənilir.

Feat.az bu məqamda Xoruz ili ilə bağlı maraqlı faktları təqdim edir:

5 elementdən yalnız biri – od ilə xarakterizə olunan bu il Meymun şıltaqlığından daha çox nizam, qaydalar və dəqiqliyə köklənir.

Xoruz ilində doğulanların xüsusiyyətləri:

…1933 – 1945 – 1957 – 1969 – 1981 – 1993 – 2005 – 2017…-ci illərdə doğulan şəxslər Xoruz ilindəndir. Onların bu il yoxsulluq çəkməyəcəyi, uğur və irəliləyiş gözlənilir.

“Xoruz”lar dərin düşüncəli mütəffəkir və istedadlı şəxsiyyətlərdir. Əməksevəndirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni də yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri də olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğurdan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar. Qətiyyətli adam təsiri bağışlaya bilsələr də, təbiətcə cəsarətsizdirlər. Qurduqları planlar çox vaxt həyata keçmir, hisslərində kəskin eniş-yoxuşlar olur. Həyatda zaman-zaman gah uğurlar qazanır, gah da uğursuzluqlara məruz qalırlar. Xudpəsənd ola bilərlər, lakin həddən artıq açıq ürəklidirlər. Çılğın və cəsur hərəkətlərə qabildirlər. Həmişə maraqlıdırlar.

Güclü xüsusiyyətləri: azad, istiqanlı, qabiliyyətli, özgüvenə sahib.

Zəif xüsusiyyətləri: səbrsiz, həssas, gözləniməz reaksiya, eqoist.

İlin aparıcı Zodiak illəri Xoruz, Öküz və İlan, bürcləri isə Oğlaq və Sutökəndir.

Bəs Xoruz ili digər Zodiak illərində doğulanlar üçün nə dərəcədə düşərli olacaq?

Siçan

Bu il altında doğulanları bu il bir çox əlverişli hadisələr gözləyir və onlardan mütləq istifadə etmək lazımdır. O cümlədən ümid etmək olar ki, onlar nəzərəçarpacaq maliyyə uğurları ilə qarşılacaqlar.

Öküz

Öküz ilindən olanları çoxlu sürprizlər gözləyir. Baş verənlərin çoxu sizin üçün gözlənilməz ola bilər, lakin qətiyyən qorxmaq lazım deyil. Belə halların hər birində sehrli açar salınacaq, hansı ki sonda sizin üçün uğura yol açacaq.

Pələng

Pələng ilində doğulanlar həmişə dostlarının yardımına güvənə bilər. Problemlərdən çıxış yolu tapmaq və yaxşı dəstək almaq istəyirsinizsə, dərdlərinizi ilk növbədə sizə qarşı əsl sədaqət nümayiş edən şəxslərlə bölüşün.

Əjdaha

Əjdahalar Xoruz ilində özünü yüksəkdə hiss edə biləcəklər: Sizi ən müxtəlif sahələrdə çox güclü irəliləyiş, bir çox uğur vəd edən layihələr, eləcə də uzun illər sizin inkişaf və rifahınızı yaxşılaşdıra bilən işlər, xoş xəbərlər və ən nəhayət firavanlıq gözləyir.

İlan

İlan ili altında doğulanların gələn il qarşılarında maraqlı karyera imkanları açılacaq. Qısası, Qırmızı Xoruz ili sizə yeni, daha nüfuzlu iş və ya daha yüksək vəzifə vəd edir.

At

At ilindən olanları bir neçə parlaq şəxsi nailiyyətlər gözləyir, maliyyə vəziyyəti də yaxşılaşacaq. Amma yeniliklərlə (xüsusi ilə karyerada) rastlaşacağınız üçün soyuq başla hərəkət etməyə hazırlaşın. Qələbənin sirrini belə ifadə etmək olar: incikliklərə uymamaq, əsəbiliyin öhdəsindən gəlmək və belə vəziyyətdə insanlara şər və böhtan atmamaq.

Qoyun

Qoyun ili altında doğulan insanlar büdcəsinə xüsusi diqqət yetirməlidir. Qırmızı Xoruz ili sizin üçün əhəmiyyətli xərclər planlaşdırıb, onlarla yaxınlarınız və dostlarınız razılaşmaya bilər. Dostların məsləhətindən istifadə edib, etməməyiniz öz qərarınızdır, lakin bu məsələni böyüdüb mübahisəyə çevirməməyə çalışın və unutmayın ki, son qərarlarınıza görə məsuliyyət nəticədə bütünlüklə öz üzərinizə düşür.

Meymun

Gələn il Meymun ilindən olanlar üçün bir çox sahələrdə müsbət olacağını vəd edir. Lakin hər şeydən çox onları şəxsi həyatda baş verən dəyişikliklər sevindirəcək. Odur ki, sevməyə hazırlaşın, ancaq ağlınızı itirməyin!

Xoruz

Xoruz ili altında doğulanlar sözün əsl mənasında özünü ev sahibi kimi hiss edə biləcəklər: Əgər istəsəniz, onda istənilən məsələni öz xeyrinizə yönəltmək və həll etmək mümkün olacaq. Üstəlik, gələn il sizin gücünüzü artıracaq və gözlənilməz anda nüfuzlu şəxslərin himayəsinə etibar edə biləcəksiniz.

Dovşan

Bu heyvanlardan hansına daha çox daxili yaxınlıq hiss etmənizə baxmayaraq, gələn il sizə həssas olmaq, zərurət olduqda isə cəld qaçmaq bacarığı lazım olacaq. Bəzən Qırmızı Xoruz ili öz davakar xarakterini göstərir: Çağırışlara hazır ol, xüsusilə isə maddi baxımdan.

Qaban

Donuz ilində doğulanların səbir və inadkarlıq kimi məziyyətləri var. Bu keyfiyyətlərə Xoruz ilində xüsusi ilə iş və maliyyə sahəsində risk edənlərə çox lazım olacaq.

İt

İt ilindən olanlara şəxsi məsələlərə xüsusi diqqət yetirmək lazım olacaq Söhbət həm sağlamlıq, həm də sevgi münasibətlərindən gedə bilər. Qırmızı Xoruz ilinin xoşagəlməz sürprizlər gətirməsini istənmirsinizsə, özünüzə, öz maraqlarınıza və ehtiyaclarınıza daha çox vaxt sərf etməyə çalışın.

Xoruz ilində həyat qızışacaq

Xoruz ilində həyat qızışacaq

Xoruz ilində həyat qızışacaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.