Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz
Boyunun qısalığından şikayətlənən bir çox qadın dikdaban ayaqqabı geyərək daha uzun görünməyə çalışır. Əslində bəzi geyim hiylələriylə dikdaban ayaqqabı geyinmiş kimi uzun görünmək mümkündür. Bədənə uyğun paltarlar seçərək və doğru geyim texnikaları tətbiq edərək siz də olduğunuzdan daha uzun görünə bilərsiniz.


Feat.Az dikdaban ayaqqabı geyinmədən uzun görünmənin yollarını təqdim edir:

- Əvvəlcə paltar seçimi edərkən çox rəngli və naxışlı parçalar seçmək və ya birdən çox rəngli parçalardan istifadə etmək yerinə tək rəng geyinmək sizi hər vaxt daha uzun göstərər. Xüsusilə uzun paltarlarda buna daha çox diqqət yetirməlisiniz.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

- Ayaqqabı seçimi də necə göründüyünüzə təsir edən faktorlardan biridir. Biləkdən bağlı ayaqqabı modelləri ilə hər vaxt olduğunuzdan daha qısa görünərsiniz. Biləyi açıq modellər isə qıç boyunuzu kəsmədən sizi daha uzun göstərər.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

- Şalvar seçimlərinizi uzun göstərən ispan paça və ya boru paça kimi modellərdən istifadə edərək daha uzun görünməniz mümkündür. İspan paça modellər qıç boyunuzu olduğundan daha uzun göstərmənin ən qəşəng yollarındandır.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

- Qısa paltarlar da qıç boyunu uzun göstərmənin ən gözəl yollarından biridir.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

- Bol paltarlarla incə kəmərlər istifadə etmək qısa boylu qadınların tətbiq edə biləcəyi ən əhəmiyyətli məsələlərdəndir. Belinizin bir az üzərində istifadə edəcəyiniz incə bir kəmərlə həm daha cazibədar, həm də daha uzun görünməniz mümkündür.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

- Tək rəng tünd paltarlar həm zəif, həm də daha uzun görünmənizi təmin edər.

Dikdaban ayaqqabı geymədən də uzun görünə bilərsiniz

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.