WhatsApp üçün Dini statuslar

20 Ocak 2017
7 128
0
WhatsApp üçün Dini statuslar
Haqdan boyun qaçıran şərəfli insan zəlil, haqqa sığınan zəlil insan isə şərəfli olar.

Özünü gözləyib yerə yıxılmamaq yıxılıb kömək istəməkdən daha yaxşıdır

Tamah səni özünə qul etməsin, Allah səni azad yaratmışdır

Kim camaatda olan eybarəsində danışsa, camaat onda olmayan eybi ona aid edər

İnsan Ramazan ayının dəyərini bilsəydi, bütün ilin Ramazan olmasını istərdi

Dünyaya bağlanmaq qəm qüssə gətirər. Dünyadan üz çevirmək isə can rahatlıqıdır

Allahdan cənnət istəyib, çətinliklərə dözməyən özünü ələ salmışdır

Dünya bir bazardır. Biri qazanc əldə edər digəri isə zərərə düşər

Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə Hüseynə baxsın

Sultanı razı salmaq üçün Allahı qəzəbləndirən şəxs onun dinindən çıxmışdır

Heç bir müsəlmanı alçaldıb təhqir etmə. Çünki onların ən kiçiyidə Allah yanında böyükdür

RƏY ƏLAVƏ ET