Kitab Oxuyan Qızlar Diqqəti Çox Cəlb Edirlər?

12 Nisan 2022
7 277
0
Kitab Oxuyan Qızlar Diqqəti Çox Cəlb Edirlər?
Kitab oxuyan qızlar insanlar tərəfindən daha da maraqlı görünür ? Bəs bu qızlar həqiqətdə necə olurlar?

Hamımız kitab oxumanın məlumatımızı, şüur səviyyəmizi artırdığının fərqindəyik. Əlavə olaraq medianın, xəbərlərin v. s. əksəriyyətlə cib telefonlarından izlənilməyə başlandığı ölkəmizdə kitab oxuyan bəzilərini görmək bizləri çaşdıra bilər.

Nadir olan hər şey kimi kitab oxuyan insanlar da bizə maraqlı ola bilər. Əslində İsveçdə olsa son dərəcə sıravi olan bu görünüş, Azərbaycanda zəka əlaməti olaraq qəbul edilə bilər.

Kişilər və kitab mövzusu da müzakirə edilə bilər, amma başlığımızdakı mövzuya baxsaq; qızlar kitab oxuduqlarında dahamı təsiredici olurlar, elə isə səbəb?

Kitab oxuyan qız mesaj vermək üçün oxumaz təbii ki, onun məqsədi yolda, metroda, kafedə və ya tətil vaxtı kitab oxumaqla vaxtını səmərəli keçirməkdir. O yalnız sevdiyi bir işlə maraqlanır. Amma onu görən insanlar bu vəziyyətdən ötəri söz mövzusu qızın fərqli və ağıllı olduğunu düşünə bilərlər.

Kitab Oxuyan Qızlar Diqqəti Çox Cəlb Edirlər?


Kitab oxuyan qızlar ətrafıyla və dünyayla daha əlaqədar, həssas kəslərdir. Təbii həyatın bu gerçəyini də əlavə etmək lazımdır ki, cazibədar bir təəssürat verməmizdə yalnız davranışlarımız və şəxsiyyətimiz təsirli deyil. Fiziki görünüş, geyim tərzi kimi ünsürlər də əhəmiyyətlidir.



Bu nöqtədə kitab oxuyan əksər qızın, geyim və aksesuar seçkisiylə də diqqətli olduqlarını və incə bir zövqə sahib olduqlarını görəcəksiniz. Bu kəslər əgər çox utancaq deyillərsə, eyni zamanda çox şey bilmələri səbəbiylə ətrafındakılar üçün yaxşı bir söhbətdaşdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.