Təbii ləkə təmizləyicinizi özünüz hazırlayın

30 Ocak 2017
1 308
0
Təbii ləkə təmizləyicinizi özünüz hazırlayın
Geyimlərinizdə meydana gələn ləkələrə evdə hazırlayacağınız təbii qarışıqla vida edə bilərsiniz.

Paltarlarınızda meydana gələn inadçı ləkələri çıxartmaq asan deyil. Ümumiyyətlə ləkəyə doğru müdaxilə edilməz və iz buraxar. Bazarda satılan yuyucular isə kimyəvi maddələrdən ibarət olduğundan sağlamlığınıza mənfi istiqamətdə təsir edər və büdcənizə də eyni zamanda ziyan verər.

Ancaq bu vəziyyətə artıq son verə bilər və sizə verəcəyimiz təriflə ləkə çıxarıcınızı özünüz hazırlaya bilərsiniz.

Buyurun, sizlərə paltar ləkələrindən xilas olmanızı təmin edəcək ləkə çıxarıcı reseptimiz:


Vəsaitlər:

- 2 su stəkanı qab şampunu
- 2 su stəkanı spirt
- 6 yemək qaşığı qabartma tozu
- 2 stəkan ilıq su
- Kiçik sprey şüşəsi

Hazırlanması:

Bir qabın içərisinə qab şampununu, qabartma tozunu əlavə edin və göpüklənənə qədər çırpın. Qabartma tozu təbii yollardan ləkələri yox edərkən qab yuyucusu yağlı ləkələri yox etməkdə ən təsirli üsuldur.

Daha sonra qabartma tozu və yuyucudan ibarət olan qarışığa spirt əlavə edin və üzərinə su tökün. Spirt ləkənin iz buraxmasını önləyəcək. Hazırladığınız vəsaiti şüşənin içərisinə tökün.

Son olaraq çalxalayıb ləkənin üzərinə püskürtməniz kifayət edəcək.

Qeyd: Ləkə çıxarıcını püskürtdükdən sonra şübhəsiz ləkəli bölgəni yüngülcə silin və yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.