Böyrəklərin düşməni olan 15 SƏBƏB

17 Ekim 2014
2 253
0
Böyrəklərin düşməni olan 15 SƏBƏB
Böyrəklərin düşməni olan 15 SƏBƏB


Orqanizmimizdə ən əsas orqanlardan birinin də böyrək olmasına yəqin ki, heç kəsin şübhəsi yoxdur. Amma çox az adam bilir ki, boyrəyin yalnız 20% fəaliyyət göstərsə belə, tamamilə normal həyat sürmək mümkündür.

Məlumata görə, böyrək xəstəlikləri adətən simptomsuz keçdiyi üçün uzun müddət insanın bu xəstəlikdən heç xəbəri də olmur. Ümumiyyətlə, hətta geniş yayılmış amillər belə, boyrəkləri sıradan çıxara bilər.

Bizim böyrəklər qəribə orqandır. Onlar hormonlarl ifraz, qanı isə filtrasiya edir, eləcə də sağlam turşu-qələvi balansını saxlayır. Bir sözlə, böyrək olmasa, həyat olmaz. Çinlilər böyrəyə “həyat enerjisinin toplandığı yer” deyirlər.


Bəs böyrəyimizin düşmənlərini tanıyıqırmı? Alimlərin araşdırmasının nəticəsində baxdıqda görürük ki, gündəlik istifadə etdiymiz qidaların əksəriyyəti məhz böyrəyimizin düşmənidir. Gəlin görək, həmin qidalar hansılardır.

1. Qazlı suya aludəçilik

Yapon tədqiqatçılar güman edirlər ki, gündə iki və ya daha çox stəkan qazlı içkilərin istifadəsi böyrək xəstəliklərininə yoluxma riskini yüksəldir.

2. Siqaret çəkmək

Siqaret çəkmək ateroskleroz inkişafı ilə bağlıdır. Tədqiqatların nəticələrinə görə, gündə iki siqaret kifayətdir ki, qanda endotelial hüceyrə sayını iki dəfə çoxaltsın. Bu isə arterial nasazlığının siqnalıdır.

3. B6 vitamini çatışmazlığı

Sağlam qidalanma böyrəklərin yaxşı işləməsi üçün vacibdir. Tədqiqatların nəticələrinə görə, В6 vitamininin çatışmazlığı böyrək daşlarının yaranma riskini artırır. Sutkada B6 vitamini istehlak norması azı 1,3 mq sayılır. Bu vitaminlə zəngin olan məhsullar isə belədir: malın qara ciyər, balıq, noxud, kartof, nişastalı tərəvəzlər və qeyri-sitrus meyvələr.

4. Hərəkətsizlik

Hərəkətsizlik böyrəklərin əsas düşmənlərinin biri hesab olunur. Tədqiqatçılar bildirir ki, bədən tərbiyəsi ilə məşğul olanların böyrəklərində daşlarının yaranma ehtimalı digərlərindən 31% azdır. Həmçinin optimal çəkini saxlamaq da böyrəklərdə daşlarının yaranma ehtimalını azaldır.

5. Maqnezium çatışmazlığı

Əgər orqanizminizdə lazımi miqdarda maqnezium olmasa, o, kalsiumu mənimsəyə bilməz. Bu da böyrəklərdə daş yaranmasına gətirib çıxara bilər. Bundan qaçmaq üçün öz rasionunuza, yaşıl yarpaq tərəvəz, paxla, günəbaxan və qoz əlavə edin.

6. Yuxunun tez-tez pozulması

Biz hamımız gecələr doyunca yatmaq istəyirik. Bizim böyrəklər də bunu istəyir. Tədqiqatçılar bildirirlər ki, yuxunun pozulması xroniki böyrək xəstəliklərinin yaranmasına səbəb ola bilər. Böyrək parçası gecə yeniləndiyi üçün fasilələrlə olan yuxu onların işinin pozulmasına gətirib çıxara bilər.

7. Sudan az miqdarda istifadəsi

Böyrəklərin funksiyalarının yerinə yetirilməsi üçün lazımi miqdarda suya ehtiyacı var. Əgər siz az miqdarda su içsəz, qanda toksinlər əmələ gələ bilər, çünki içdiyiniz su onları qandan təmizlənməsi üçün yetməyə bilər. Alimlər gün ərzində ən azı 12 stəkan su içməyi məsləhət görür.

8. Sidik kisəsinin vaxtında boşalmaması

Sidik kisəsini dolu saxlamaq olduqca pis ideyadır. Əgər bunu mütamədi olaraq etsəz, böyrəklər üçün təzyiqin artmasına və böyrək çatışmazlığına gətirib çıxara bilər.

9. Duzdan həddən artıq istifadə

Duz orqanizm üçün vacibdir, amma onun istifadəsini məhdudlaşdırmaq lazımdır. Həddindən artıq duz qan təzyiqini və böyrək üçün yükü xeyli artıra bilər.

10. Kofeyinin böyük miqdarda istifadəsi

Kofeyin bir çox alkoqolsuz və qazlı içkilərdə olur. Onun həddən artıq istifadəsi kəskin qan təzyiqini artıra bilər. Nəticədə böyrək çatışmazlığı sorağınıza gələcək.

11. Həddən artıq ağrıkəsicilərdən istifadə etmək

Adətən biz bundan tez-tez və çox miqdarda istifadə edirik. Lakin bu dərmanlardan həddindən artıq istifadə etmək də olmur. Çünki onların əks-təsiri kəskin böyrək çatışmazlığına gətirib çıxarır. Düzdür, bəzi dərmanlardan imtina etmək də olmaz (növbəti bəndə baxın).

12. Lazımi dərmanlarla müalicə olunmaması

Yüksək qan təzyiqi və ikinci dərəcəli diabet iki ən geniş yayılmış xəstəlikdir. Bunlar adətən düzgün qidalanmamağın nəticəsində yaranır. Əgər siz artıq bu xəstəliklərdən əziyyət çəkirsinizsə, böyrəklərinizin sağlam qalması üçün peşəkar həkimin yazdığı dərmanları qəbul edin.

13. Zülaldan həddən artıq istifadə

Harvard Universitetinin araşdırmalarına əsasən, həddən artıq böyük miqdarda zülal böyrəklərə böyük ziyan vura bilər. Zülalı ammiak-toksin mənimsəyir. Toksini isə böyrək zərəşdirilməlidir. Ona görə, zülal nə qədər çox olarsa, böyrəklərə daha çox yük düşür. Nəticədə onların funksiyasının azalmasına gətirib çıxarır.

14. Yayılmış infeksiyaların vaxtında və düzgün müalicə olunmaması

Biz hamımız bəzən adi soyuqdəymə və qrip simptomlarına məhəl qoymuruq, bununla da öz orqanizmimizi təhlükəyə atırıq. Bu isə böyrəkləri sıradan çıxara bilər. Araşdırmalar bunu göstərir ki, yarımçıq müalicə və istirahətsizlik böyrəklərdə problemlərin yaranmasına səbəb olur.

15. Spirtli içki

Bu zəhər təkcə böyrəkləri deyil, qara ciyəri də məhv edir. Alimlərin fikrincə, böyrək xəstəliklərindən qaçmağın tək yolu spirtli içkidən imtina etməkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.