Uşağınızın Qar Kefi Xəstəliyə Çevrilməsin

Uşağınızın Qar Kefi Xəstəliyə Çevrilməsin
Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. İncilay Üstündağ, uşaqların qar oynayarkən xəstə olmamaları üçün diqqət yetirilməsi lazım olanlar haqqında məlumat verdi.

Qar yağdığında dümağ örtüylə örtülən küçələr, uşaqlar üçün oyun sahəsinə çevrilir. Xüsusilə tətil vaxtları bir çox uşaq gün boyu evə girmək istəmir. Uşaqlar üçün qar kefinin xəstəliyə çevrilməməsi üçün, ailələrin bir sıra tədbirlər alması əhəmiyyətlidir.

Uşaqlar qar havasından məhrum edilməməlidir.
Uşaqların qarlı havalarda çölə çıxıb oyun oynamaları, həm hərəkət etmələri, həm də bədən müqavimətlərini artırmaları baxımından əhəmiyyətlidir. Yalnız uşaqlar deyil, 2 aylıqdan böyük körpələr də qar havasından məhrum buraxılmamalıdır. Hava istiliyinin 0 dərəcəyə yaxın olduğu qarlı günlərdə valideynlər körpələrini çölə çıxararaq təmiz hava almlarını təmin edə bilərlər. İnfeksiyaların yayılma riskinin yüksək olduğu sahələrdənsə, qarda çöldə olmaq bütün uşaqlar üçün daha sağlamdır.

Qarda 1 saat oynadıqdan sonra ara verilməlidir
Uşaqlar qarda oyun oynamağa çıxdıqlarında diqqət yetirilməsi lazım olan bir başqa nöqtə ayaqlarının isti tutulmasıdır. Bu məqsədlə botlarının içinə iki qat corab geydirilə bilər. Su keçirməyən qar botları seçilməlidir. Uşaqlar qar oynamağa çıxmadan əvvəl və evə döndükdən sonra qidalarına olduqca diqqət yetirilməlidir. Çölə çıxmadan əvvəl yüngül bir şeylər yemələri və ilıq içkilər içməli, bədən istiliklərinin qorunmasına köməkçi olacaq. Qarlı havalarda çöldəki oyun müddəti 1 saatdan daha uzun olmamalıdır. Uşaqlar təxminən 1 saat oynadıqdan sonra evə girib isti şorba yeməlidirlər. Uşaqlar qarın dadını çıxararkən gün boyu evə girmək istəməyə bilərlər. Xəstə olmamaları üçün aralarda fasilə verərək gün içində 3- 4 dəfə təkrar çıxa bilərlər. Ailələr xəstəlik qorxusuyla uşaqların çölə çıxmalarına mane olmamalı, yalnız oynayarkən ara vermələrini təmin etməlilərdir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.