Casual Geyim Nədir?

Casual Geyim Nədir?
Casual moda və stil mövzusunun olduğu hər yerdə geniş yayılmış kəlimələrdən biridir.

Hara baxsanız, orada mütləq “casual” kəliməsini görə bilərsiniz. Bura vitrinlər, etiketlər, bülletenlər, jurnallar, yazılar, tənqidlər, ayyaqqabılar, jaket və sair daxildir. Əslində, modanı izləyənlər bu ifadə ilə artıq tanışdırlar. Amma yenə də bilməyənlər üçün bu mövzu haqqında məlumat vermək istərdik.

Casual nədir?

Gündəlik, rahat, sport geyimin nizamlı və gözəl olmasını ifadə edən sözdür. Yəni kostyum, don, qalstuk və sair olmadan baxımlı olmağı təmin etmək mümkündür. Amma qalstuk istifadə edərək də casual geyim stili yarada bilərsiniz. Buna baxımlı olmaqla yanaşı, “rahat olmaq” da deyə bilərik.

Casual, Amerika iş dünyasının “Free friday” yəni cümə günlərinin sərbəst geyim mədəniyyətinin bir hissəsidir. İş mühitində, dəvət, iclas, konsert və açılışlarda istifadə edilə bilən geyimdir.

Casual geyim tərzi 2 hissəyə ayrılır:

Biznes casual nədir?

Kostyum əvəzinə elə bir şey geyinməlisiniz ki, kostyumdan daha gözəl görünsün. Bu, “Sizə rahatlıq veririk, amma bu rahatlığı qazanmaq üçün çabalamalısınız” deməkdir.

Biznes casualın rəsmi şalvarı parçadan olur. Şalvara uyğun olaraq açıq rəngli sadə köynək, gözəl pencək və ya nazik jaket geyinə bilərsiniz. Qalstuk sizə ciddilik qatacağı üçün onu çox az istifadə etməyiniz məsləhətdir. Bu geyim üçün idman ayaqqabılarından istifadə etməyin. Uyğun olanı klassik ayaqqabıdır.

Smart casual nədir?

Adı qəribə olsa da, ağıllı-rahat və zövqlü geyim tərzidir. Yəni, “Kostyum geyinməsən, idman üslublu görünəcəksən” deyə bir şey yoxdur.

Ümumilikdə, şalvarlarda açıq rənglərdən daha çox istifadə olunur. Əsas odur ki, gözəl və yaraşıqlı olsun.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.