Hamilə qadın namazı necə qılmalıdır?
Feat.Az zikr.az-a istinadən bildirir ki, əgər oturaraq namaz qılmaq mümkün olmasa, uzanaraq namaz qıla bilərsiniz. İmran ibn Huseyn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyinə tutulmuşdum. Odur ki, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu vəziyyətdə namaz qılmaq barəsində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bunu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117).