Mövcud olan hər bir şey Allah tərəfindənmi yaradılıb? - İbrətamiz Hekayə

27 Şubat 2017
2 894
0
Mövcud olan hər bir şey Allah tərəfindənmi yaradılıb? - İbrətamiz Hekayə
Universitet professoru tələbələrinə bu sualla müraciət etdi: "Mövcud olan hər bir şey Allah tərəfindənmi yaradılıb?"
Tələbələrdən biri cəsarətlə dedi: "Bəli, Allah tərəfindən yaradılıb".
"Hər şeyi Allah yaradıb?" - professor soruşdu.
"Bəli ser, elədi", - tələbə dərhal cavab verdi.
"Hər şeyi Allah yaradıbsa, o zaman şər də onun tərəfindən yaradılıb. Və əməllərimiz özümüzü müəyyənləşdirir prinsipinə əsaslansaq elə çıxır ki, şər Allahın özüdü", - professor cavab verdi.
Cavabı eşidən tələbə susdu. Professor özündən çox razı idi və tələbələr qarşısında lovğalandı ki, bir daha Allaha inamın mif olduğunu sübut etdi.
Daha bir tələbə əlini qaldırıb dedi: "Professor, sizə sual verə bilərəm?"
"Əlbəttə", - professor dedi.
Student ayağa qalxaraq dedi: "Professor, soyuq mövcuddur?"
"Bu nə sualdır? Əlbəttə mövcuddur. Sənin heç soyuğun olmayıb?" - professor heyrətlə bildirdi.
Tələbələr cavan oğlanın sualına gülməyə başlayarkən oğlan dedi: "Ser, əslində soyuq mövcud deyil. Fizika qanunlarına əsasən, bizim soyuq hesab etdiyimiz istiliyin yoxluğudu. İnsanı və əşyanı onların enerjiyə malik olduqları və ya onu ötürdükləri baxımından öyrənmək olar. Mütləq sıfır dərəcə (Farinqeyt üzrə -460) istiliyin tamamilə yoxluğudur. Bu temperaturda bütün materiya ətalətli və təsirsiz olur. Soyuq mövcud deyil. Bizlər istiliyin yoxluğunda hiss etdiyimizi izah etmək üçün bu sözü yaratmışıq. Professor, qaranlıq necə, mövcuddur?"
"Əlbəttə mövcuddur", - professor qeyd etdi.
Buna cavab olaraq tələbə dedi: "Siz yenə səhvsiniz ser. Qaranlıq da mövcud deyil. Qaranlıq əslində işığın yoxluğudur. Biz işığı öyrənə bilərik, qaranlığı yox. Biz Nyuton prizmasından istifadə edərək ağ işığı bir çox rənglərə parçalayaraq hər bir rəngin dalğasının müxtəlif uzunluğunu öyrənə bilərik. Siz qaranlığı dəyişə bilməzsiniz. Adi bir işıq hər hansı qaranlığa daxil olaraq onu işıqlandıra bilər. Hər hansı bir məkanın nə dərəcədə qaranlıq olduğunu necə təyin edə bilərsiniz? Siz hansı miqdarda işığın təqdim olunduğunu hesablayırsınız. Deyilmi? Qaranlıq insanların işığın yoxluğunda nəyin baş verdiyini izah etmək üçün yaradılan anlayışdır".
Sonda cavan oğlan professordan soruşdu: "Ser, şər mövcuddur?"
Bu dəfə professor tərəddüdlə dedi: "Əlbəttə, mənim qeyd elədiyim kimi, biz onunla hər gün qarşılaşırıq. İnsanlar arasındakı amansızlıq, dünyanı bürüyən cinayət və zorakılıq. Bunlar hamısı şərin təzahürüdü".
Professorun bu sözlərini də cavabsız buraxmayan tələbə dedi: "Şər də mövcud deyil, ser. Ən azından onun özü üçün o yoxdur. Şər Allahın olmamasıdır. O, qaranlıq və soyuq kimidir. Şər insan tərəfindən Allahın yoxluğunu izah etmək üçün yaradılmış sözdür. Allah şəri yaratmayıb. Şər işıq və istilik kimi mövcud olan inam və məhəbbət deyil. Şər insan qəlbində ilahi sevginin yoxluğunun nəticəsidir. O, istiliyin yoxluğunda peyda olan soyuq və ya işığın olmadığında çökən qaranlıq kimidir".
Bu sözlərdən sonra professor oturdu.
Professorla mübahisə edən gənc tələbənin adı Albert Eynşteyn idi.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.