Yəhudilərin bürclər üzrə ƏN DƏQİQ PROQNOZU

12 Ocak 2021
7 256
0
Yəhudilərin bürclər üzrə ƏN DƏQİQ PROQNOZU
Bir çox başqa qədim xalqlar kimi yəhudilərin də özünəməxsus ulduz falı var. Astroloqlar iddia edir ki, o, kifayət qədər yığcam və eyni zamanda dəqiqdir!
Feat.Az
yəhudilərin bürclərə görə hazırladığı xarakterik xüsusiyyətlərni təqdim edir.

Qoç
Qoç bürcündən olan insanlar güclü və qətiyyətli şəxsiyyətlərdir. Onların həyata öz baxışlar var, bir qədər döyüşkən və aqressivdir, eyni zamanda özünə əmindir. Bütün gücləri ilə qələbəyə doğru gedirlər və lazım olarsa, ilk zərbəni özləri vurar. Məqsədlərinə çatmaq üçün heç kimlə hesablaşmırlar, öz qırarları ilə hərəkət edirlər.

Buğa

Bu bürcün nümayəndələri xüsusi səy və canfəşanlığı ilə səciyyələnir. Onların doğulduğu bürc altında insanın illik dirçəlişi baş verir və onun artımı bir pillə yuxarı olur. Buğalar həqiqətin qatı tərəfdarlarıdır. Həqiqət isə məlum olduğu kimi, yetkinlik əlaməti sayılır.

Əkizlər
Əkizlərin gücü elmdədir, odur ki, onları cəsarətlə intellektuallar klanına aid etmək olar. Onlar hər şeyi bilmək istəyir. Bu gün nə qədər çox məlumat əldə etsələr, onlar sabah daha yaxşı yaşayacaq. Lakin bu bürcdən olanlar üçün bir işə sədaqətli olmaq çətindir. Onların əhval-ruhiyyəsi işıq sürətilə dəyişir. Bu səbəbdən Əkizlər hər gün müxtəlif ola bilər.

Xərçəng
Xərçənglər "Mənim evim-mənim qalam" şüarına əsaslanaraq yaşayır. Onlar üçün evdə rahat və yaxşı ab-hava yaratmaq çox vacibdir. Xərçənglər istiyə, rahatlığa və sədaqətə hamıdan daha çox ehtiyac duyur. Keçmişdə yaşadıqları neqativ hadisələr bu bürclərə daha irəliyə getməyə mane olur. Ümumiyyətlə, onlar üçün özünü və digərlərini bağışlamaq çətindir.

Şir
Yəhudilərin ulduz falına əsasən şirlər öz gücünü günəşdən alır. Məhz bu səbəbdən də onlar özünü unikal hesab edir. Şirlər elə düşünürlər ki, bütün dünya onların ətrafında fırlanır. O ətrafdakılardan pərəstiş, heyranlıq və sədaqət gözləyir. Əgər o, istədiyini əldə etmirsə, onda qisas almağa başlayır. Şirlər etibar edə bilmirlər, həmişə yalnız özlərinə güvənirlər. Yüksək səviyyəli təşkilatçılar olur və əksər hallarda rəhbər vəzifələrdə çalışırlar.

Qız
Qızlar nizamsızlığa dözə bilmir və bütün enerjisini öz ətrafının mükəmməl olmasına sərf edir. Hər şey öz yerində olmalıdır. Qızlar məsuliyyətli və etibarlıdır, onlara bel bağlamaq olar. Qəlbinin dərinliklərində Qız bürcləri hesab edir ki, dünya ideal olmalıdır, onların missiyasını isə Yer üzündə qayda-qanun yaratmaq təşkil edir. Nizam-intizamı sevən Qızlar bürcünə uyğun olaraq mühasib, cərrah, xəzinədar və ya redaktor peşəsini seçir. Bir sözlə, onlar üçün diqqət və dəqiqlik tələb edən iş daha münasibdir. Ən xırda detallara görə, tənqid edə bilərlər.

Tərəzi

Tərəzilər hər işdə tarazlıq axtarır. Onlar bu və ya digər vəziyyətləri analiz edib diqqətlə ölçürlər. Məhz Tərəzi bürcünün nümayəndələri bərabər hüquqlar uğrunda cəmiyyətdə daha çox mübarizə aparır. Qərar qəbul etməyə özündə güc tapmadığı üçün tez-tez küyə düşür, çünki bütün yollar onlara səmimi və düzgün görünür. Səhv etməkdən ölümünə qorxurlar. Bununla belə Tərəzilər açıqdır və başqalarına həmişə kömək etməyə hazırdır.

Əqrəb
Dəyişikliklər Əqrəblərin dəhşətli röyasıdır. Ona görə də bu bürclər öz yolunda hər şeyə və hamıya nəzarət etmək istəyir. Ümumiyyətlə, Əqrəblər hər şeydən çox nəzarəti itirməkdən qorxur. O, bağışlamağı bacarmır və ya məcbur şəkildə bağışlayır. Əgər qarşı tərəf Əqrəbə hisslərini qalmadığını etiraf edərsə, onda inciyən tərəf çox uzun müddət bunun qisasını alacaq. Həmçinin Əqrəblər - istedadlı biznesmendir. Onlar pulu sevirlər, pul da öz növbəsində Əqrəbləri sevir. Bu bürclərdə intuisiya yaxşı inkişaf edib.

Oxatan
Oxatan doğulduğu andan nikbindir. O, həyatdan zövq alır. Hətta hər şey pis olduğu vaxt Oxatanlar elə hesab edir ki, məhz belə də lazımdır. Hər şey yaxşılığa doğru gedir! Bununla belə Oxatanlar hadisələri bir qədər şişirtməyə, qumar oyunlarına və laqeydliyə meylli olur. Yəhudi ulduz falına görə, Oxatanlar səyahət etməyi, azadlığı və açıq məkanı sevirlər. Əldə olunan bilikləri hər kəslə məmnuniyyətlə bölüşürlər.

Oğlaq
Oğlaqlar maddi dünya ilə çox yaxşı bağlıdır. Başqalarına kömək və qayğısına qalmaq bu bürcün həyati ehtiyacıdır. Oğlaqlar həmişə sabahını düşünərək yaşayır və maddi problemlərdən dolayı narahatlıq keçirirlər. Oğlaqları gözəl ata və ər adlandırmaq olar, onlar üçün prioritetlik üzrə ilk yerlərdə evi və ailəsi dayanır. Onlardan əla mühasib, mühəndis, sahibkar, vəkillər və nizam-intizam tələb edən müxtəlif peşə sahibləri çıxar.

Dolça
Dolçalar uşaqlıqdan üsyankar təbiətə yiyələnib. Keçmiş haqqında az düşünürlər. Çox güman ki, gələcəyi gözləməkdən darıxırlar. Əmindirlər ki, sabah bu gündən daha yaxşı olacaq. Dolçalar çox gözəl alim, haker və sosial xidmət işçisi olur. Mütərəqqi və inqilabi yeniliklərlə bağlı işlərdə onları uğur gözləyir. Ümumiyyətlə, bu bürcün nümayəndələri kütlədən seçilən parlaq şəxsiyyətlərdir. Adətən eqoistdilər və öz mənliklərinin üzərindən keçmələri üçün illər, bəzənsə on illiklər tələb olunur.

Balıq
Bu bürc altında doğulanlar çox həssas və küsəyəndir. İntuisiya onlarda yaxşı inkişaf edib. Balıqlar ailədə firavanlıq yaradır və hər hansı bir maddi işdə uğur gətirir. Həyata çox ciddi yanaşır. Riyaziyyat və fizika sahəsində bacarıqlıdır. Balıq bürcləri başqaların problemlərini öz dərdi kimi qəbul edir. Həmçinin köklüyə qarşı çox meyllidir. Bağışlamağı və anlamağı bacarır, güzəştə gedir və ürəkdən sevirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.