Toy üçün hazırlıq: Gözəllik planları

02 Mart 2017
2 881
0
Toy üçün hazırlıq: Gözəllik planları
Makiyaj, manikür, saç boyanması, saş yığımı, qaşların korreksiyası – bunlar hamısı toya hazırlıq üçün vaxt və ciddi plan tələb edir. Biz isə avqust və sentyabrda gəlin olacaq xanımlar üçün bəzi hiylələr verərək kömək etmək istəyirik.

Bir ay boyunca

Saç yığımı yoxlanışı.
Klassik toy saç modeli üçün variantlar elə də çox deyil. Toy saç düzümü üçün ən yaxşı seçim arxadan və ya boyun hissədən buruqlar, hörüklər etməkdir. Belə olduqda fata da yaxşı qalacaq. Çünki digər saç modellərində saç düzümü demək olar ki, fatanın altında qalır.

Toy üçün hazırlıq: Gözəllik planları

Makiyaj testi. Əlbəttə ki, siz bunun öhdəsindən özünüz gələ bilərsiniz. Amma toy günü həyəcanının təsirilə əlləriniz əsə bilər, layneriniz əyri gedə bilər, ənliyinizi dəri rənginizə görə hesablaya bilməzsiniz. Ən yaxşısı özünüzü mütəxəssisə həvalə etməyinizdir. O, sizə və makiyajınıza uyğun rəng qammalarını uyğunlaşdıra bilər.

Toy üçün hazırlıq: Gözəllik planları

Ətir seçimi. Toy günü sizin işiniz “mən gözəl ətir” gəlsin deyə, qonaqları boğmaq yox, əksinə qoxunuzla onlara xoş təsir bağışlamaqdır. Buna görə də, həmin gün istifadə edəcəyini ətri öncədən seçin. Bilin ki, isti havada sizin dəriniz hansı ətri daha çox qəbul edir. Daha çox ağ güllər, sitrus, təzə ot tərkibli ətirlərə üstünlük verməlisiniz.

Toy üçün hazırlıq: Gözəllik planları

Bir həftə boyunca

Qaşların korreksiyası.
Bu işi daha tez etmək məntiqli deyil: çünki tüklər böyüyür, qaş formasını itirə bilir. Sonuncu günə saxlamaq isə heç də yaxşı ideya deyil. Dəridə qızartılar, səpgilər yarana bilər. Yəqin ki, istəməzsini gəlinlik kürsüsündə qızartıları olan gözlərlə oturasınız. Odur ki, işinizi sığortalayıb 1 həftə boyunca qaşlarınızın korreksiyasına vaxt ayırmalısınız.

Saçların rənglənməsi. Saçların rənglənməsini (ucların rənglənməsi, haylayter effekti vermək) 1 həftədən tez etmək lazım deyil. Çünki saç yuyulduqca rəng açılır və təsirini itirir. Köklər də daxil olmaqla saçın rənginin dəyişdirilməsi toy qabağı yaxşı fikir olmaya bilər. Çünki saç korlana bilər. Əgər yeni nəsə yoxlamaq istəyirsinizsə, o zaman yeni rəng texnikasını yoxlaya bilərsiniz: şatuş, ombre, “baby lights”.

Toy üçün hazırlıq: Gözəllik planları

Sürətli çəki atmaq.
Toy qabağı stresin təsirilə gecələr belə yeyirsinizə bu sizə baha başa gələ bilər: gəlinliyiniz əyninə olmaya bilər. Ona görə də toya 1 həftə qalmış sürətli arıqlama proqramında bir proses keçməyiniz sizi bu problemdən azad etməklə, 2-4 sm arıqlamağınıza kömək etmiş olar.

Bir gün içində

Manikür.
Çalışın toy manikürünüz sadə və “fresh” olsun. İncə güllər, fransız manikürü, nude manikür sizin əllərinizi daha incə göstərəcək.

Toy üçün hazırlıq: Gözəllik planları

Üzü nəmləndirmək. Toy gününün səhəri 10 dəqiqə müddətində üzünüzə nəmləndirici maska çəkin. Onu yuduqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.

Bədəni rahatlandırmaq. Bu, ən vacib nüansdır. Axşam lavandalı duş gelilə vanna qəbul edin, “dadlı” meyvəli skrabla bədəni masaj edin, dərindən təmizləyin. Daha sonra ən gözəl ətirli bədən kreminizi çəkin. Səhər daha təravətli və canlı olacaqsınız.

Toy günü

İşə saçlarınızı yumaqla başlayın və digər prosesləri edin.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.