Cəzalısan, daha gecdir qayıtma !

19 Ekim 2014
3 187
0
Cəzalısan, daha gecdir qayıtma !
Cəzalısan, daha gecdir qayıtma !


Cəzalısan, daha gecdir qayıtma !Gecikmisən, qatar gedib sevgilim
Aramızda hər şey bitib sevgilim
Gör elə bir zaman yetib sevgilim
Sadəcə sev, məni heç vaxt unutma,
Cəzalısan, daha gecdir qayıtma !

Cəzalısan, daha gecdir qayıtma !Sadəcə sev, yaxın durma uzaqdan,
Yaxın durma, elə boylan qıraqdan,
Sonu ölüm olsa keç yaşamaqdan,
Hisslərini mənə qarşı soyutma,
Cəzalısan, daha gecdir qayıtma !

Cəzalısan, daha gecdir qayıtma !Bu cəzanı ömür boyu çəkəcən,
Az qalıbdı qarşımda diz çökəcən
Mənə baxıb, göz yaşını tökəcən,
Elə ağla, göz yaşını qurutma,
Cəzalısan, daha gecdi qayıtma !

Cəzalısan, daha gecdir qayıtma !Sən o zaman mənə dəyər vermədin,
Zülmət gecə, bir gün səhər vermədin,
Sevdim səni amma məhəl vermədin,
Dedim sənə, mən yazığı gəl atma,
Cezalisan, daha gecdir qayıtma !

Cəzalısan, daha gecdir qayıtma !Öz-özünə düşün peşman ol indi,
Mənə yox, özünə düşmən ol indi,
Sev doyunca, mənə həsrət qal indi,
Mən yatmadım, sən də hər gecə yatma,
Cəzalısan, daha gecdir qayıtma !

Cəzalısan, daha gecdir qayıtma !Sevdiyim "sən o, "sən" olanmaz daha,
Həmən hisslər sənə oyanmaz daha,
Elkin sənə, inan inanmaz daha,
Çıx get, bəsdir, bu söhbəti uzatma,
Cəzalısan, daha gecdir qayıtma !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.