Bu müalicəni etdirənlər infarkt və insult keçirmirlər

14 mart 2017
657
0
Bu müalicəni etdirənlər infarkt və insult keçirmirlər
Zəli vasitəsilə müxtəlif xəstəliklərin müalicə edilməsi qədim zamanlardan başlayıb. Təbabətdə onu "hirudoterapiya" adlandırırlar. Əslində zəli ilə müalicə təkcə xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır, çünki daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır.

Feat.Az
-ın AzərTac-a istinadən məlumatına görə, həkim-fitoterapevt Fizuli Hüseynov deyib ki, orqanizmdəki damarların uzunluğu yer kürəsinin diametrindən üç dəfə çoxdur, amma ürək xəstələrində damarların böyük əksəriyyəti işləmir və belə olanda bütün damarların işləməsi üçün zəli qoydurmaq lazımdır.

F.Hüseynovun sözlərinə görə, zəli qoyulması Alsheymer, skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə, onurğa sütununun bütün hissələrinin osteoxondrozunda onun qədər yaxşı təsir edən ikinci vasitə yoxdur. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində zəli müalicəsi çox yaxşı təsir göstərir, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Həmin müalicə formasından istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır və ürəyin işemik xəstəlikləri - miokard infarktı, stenokardiya və ateroskleroz baş vermir.

Həkim-fitoterapevt bildirib ki, zəlinin ağız suyunda 105-ə qədər ferment var və bundan yalnız biri - heparin qan laxtalanmasının qarşısını alır: “Həkimlər infarkt keçirmiş və ya üzərində ürək əməliyyatı aparılan xəstəyə həyatının sonuna qədər aspirin içməyi məsləhət görürlər, ondan qat-qat faydalı olan zəli ilə müalicə isə yaddan çıxır. Başqa bir ferment – destibilaza, göz qidalanmasını yaxşılaşdırır, kataraktanın (mirvari suyu) qarşısını alır, qlaukoma (qara su) xəstəliyinin inkişafını ləngidir”.

Həkim qeyd edib ki, zəlinin ağız suyunda olan başqa oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır: “Bundan başqa, şəkər xəstələrində bəzən ayağa adi tikan batması sağalmayan yaralar əmələ gətirir, çox vaxt ağır fəsadlar verir, çünki damarların mənfəzi tutulur və qan dövranı pozulur. Həmin xəstələrdə ayaq yaraları illərlə davam edir. Uzun müddət yara üstünə müxtəlif mazlar çəkilir, dərmanlar qəbul olunur, lakin təəssüf ki, ən faydalı müalicə üsulu olan zəlidən istifadə edilmir.
Zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır və həmin maddələr ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Uzun müddət üzücü ağrılardan əziyyət çəkənlər üçün zəli xüsusilə faydalıdır. Prostat vəzi xəstəliklərinin müalicəsində vəzin qanla daha yaxşı təchiz olunması üçün istifadə olunan preparatlardan zəli daha yaxşıdır. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır, kalsinatların əriməsinə səbəb olur, immun sistemi gücləndirdiyindən orqanizm özü iltihabi xəstəlikləri müalicə edir”.

“Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli həm ağrıları, həm də oynaqda olan şişkinliyi sürətlə azaldır. Babasil damarlarda durğunluq nəticəsində əmələ gəldiyinə görə zəli düyünlərin üstünə qoyulur və dərhal da səmərəli nəticə verir", – deyə həkim əlavə edib.

Hiruditerapiyanın üstünlükləri barədə danışan F. Hüseynov deyib ki, zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də şiş xəstəliyinin qarşısını almaq və əmələ gələn şişləri müalicə etmək üçün ondan mütləq istifadə olunmalıdır. Zəli ilə müalicə olunanlar infarkt və insult xəstəliyinə tutulmurlar.

Bəzi xəstələr zəlinin faydalarını öyrənəndən sonra 3-5 ədəd zəli qoydurur və nəticə əldə etmirlər. Bu, qətiyyən düzgün deyil, çünki zəlini mütəxəssis təyin etməli və onun qoyulması sistemli şəkildə aparılmalıdır .
Şərh Yaz