Səndə getmə! 2-ci bölüm (hekayə)

16 Mart 2017
4 245
0
Səndə getmə!  2-ci bölüm (hekayə)
O seçdi ayrılıq yolun, buda onun vəfasıdı..
Bu sevginin qisasıdı?
yenə qapına gəlmişəm,ferz elə keçsəm ölmüşəm..
Mən çox gedənlər görmüşəm bir tək sənə qal deyirəm...
Günü günə düzməy olar?
Ayrılığa dözməy olar?
Bir tək sənə qal deyirəm...
Getmə neylərəm həyatı?
Qal canımı al deyirəm...
(Kenan mm-Bir tək sənə qal deyirəm)
Nənə,nə olub axı?!
-Qızım,Samira xanım suaric göndərib..Yenə elçi gələcəklər..Birdə deyibki Dəniz razıdı..Sən mənə deməmiş necə belə edə bilərsən?! Cavab ver!..Mənim fikrim sənin üçün heç önəmli deyil..təəssuf bu qədər əziyyətimə!((
N..nənə sən nə danışırsan?!Nə razılıq mən elə söz deməmişəm.((
-Yunisin bacısı bütün kəndə yayıbki Dəniz bizim gəlinimizdi..
Nənə, yalvarıram(( mən onunla evlənmək istəmirəm...Vermə, nə olarr((Bu gün Yunis qabağımı kəsdi,mənə "hə" deməsən başqa yollara əl atacam dedi..Eclaf! Hamısı onun işləridi((
-Bağışla, mənim balam(( İstəmədən sənə qışqırdım...
Ağlama mənim gözəl balam(( Sən istəmədən səni heç kimə vermərəm..Hələ bu kəndə əsla vermerəm!
Nənəmin bu sözünün əsl məğzi mənə sonralar çatmışdı..
-Bir şey düşünmək lazımdı...Ağsaqqalar bu işə qarışsa mən yazıq arvad neyniyəcəm..Aman Allah, sən bu yetimə köməy ol!((
Dəniz...
Eşitdiklərimdən sonra içimə qorxu düşmüşdü..Yunisdən bu qədərində gözləmirdim..Yunisin 25 yaşı var..Hardasa 1.75 boylarında ağ, yaraşıqlı oğlandı..Bu oğlanla ilk tanışlığımızdan ona qarşı antipatiyam yaranmışdı...Onunla nəinki evlənmək, söhbət etməyə də qorxurdum.Adama mənfi enerji verirdi,sanki.Onlar Dağıstanlı idi, bəzi probləmlərə görə bu kənddə köçmüşdülər...Atası Rustam bəy çox zəhimli insan idi.Onun sözü buralarda keçirdi..Buda onun var-dövlətinə görə idi..Anası Samira xanım..Mənə maraqlıdı bu kişi onunla necə evlənmişdi..Doğrusu, elə eyni bezin qırağı idilər

Dağıstan kişiləri haqqında çox eşitmişəm, onlara qarşı hər zaman simpatiyam olub..Deyilə görə, çox mərd,ciddi,sözü bir dəfə deyən olurlar..Amma Yunis tam eks idii..Hər zaman sırtıq insanları sevməmişəm..O, təhsilini Moskvada almışdı, kənddə elə qiz yox idi ki, onun üçün ölməsin..təbii, buda onun bəy oğlu olmasından irəli gəlirdi..Düzdü, hər zaman istəmişəm təhsilli biri ilə ailə qurum, amma bele kobud, öküz biri ilə yox...Bəlkə də, qismətimdə bundan betəri ilə evlənmək var((
XXI əsrdə yaşamağımıza , baxmayaraq bu kənd eləbil dərəbəylik dövründə qalıb..Burada ağsaqqalların sözü qətidi.. 18 yaşında qızı 50 yaşında kişiyə, 16 yaşında qizi 3 uşaqlı dula verirlər, daha nələr-nələr danışmaqla bitməz...((Az qalıram onların yerinə üsyan edim..Bu kənddə yeganə dəyə bilmədikləri mən idim..Qoca nənəm onlarla tək baş edə bilməzdi..Bizim arxamizdakı insan kim idi həmişə bu mövzu sual altında qalıb
Nəinki 40 yaş mənim gözümdə 22 yaş qoca idi)) Bəlkə mən 50 yaşında biri ilə evlənəcəkdim..Taleyin oynadığı oynu heç kim bilə bilməz.(( Mənim də hər qiz kimi xeyallarım var idi, mən sevdiyim biri ilə evlənmək istiyirdim..Bunu kim məhv edəcək gələcək göstərəcək..(((
Gözümdən yaşı saxlıya bilmirdim.Görəsən, niyə pis hadisələr mənim başıma gəlir?(( Yunisə o qədər qarğışlar yağdırmışdımki.Yatağımda uzanıb gözümü tavana dikmişdim.Belə hallarda adamın ürəyi elə pis sıxılırdıkı, eləbil dörd divar arasında qalmışam, o divarlarda üstümə gəlir və çıxış yolu tapmırsan məndə elə vəziyyətdə idim...Boyunbağımı əlimlə sıxıb dua edirdim " Allahım nə olar kömək et, mən indi neyniyəcəm"
Ana, ata siz olsaydız izn verməzdiz kömək edin mənə(((
Nənəm anam haqqında danışanda o qeder pis olurduki..Bir gün mənə hər şeyi danışmışdı..Atam Asəf və anam İnci Bakıda 1 otaqli evdə yaşayırmışlar..Atam o evi gecə- gündüz çalışıb alıb..Hətta tələbə vaxtı ac yatdığı gecələrdə olub..
Sırf pul yığıb ev almaq,anamı xoşbəxt etmək üçün..Nənəm qoca olduğu üçün onların kənddə yaşamaqların istəyib...Atam anama görə narahat olduğu üçün əvvəl razı olmayıb..Amma, anam bütün mirasdan imtina edib evlənməyinə baxmayaraq, şəhərdən də nənəmə görə heç etiraz etmədən bura köçüb..(( Nənəm deyir..Sən sanki, ananın ikinci dəfə yaradılmış sürətisən..onun qədər gözəl, saf və fədakar.Anam bura köçdükdən sonra çox xoşbəxt imiş..Tək istəyi varmış babam onu bağışlasın.(( Mənə hamilə olduğu zaman o qədər sevinib ki,amma alın yazısı, aci tale bilmirəm nə deyim...(( Həkim savadsızlığına, səhlənkarlığına görə anam doğum zamanı-həyatının baharında vəfat edib..Ölərkən zümrüd qaşlı boyunbağısın boynuma taxıb(( Bu kəndin hər şeyi kimi təhsili, səhiyyəsi berbad vəziyyatdə idi...Çox vaxt doğumlar ev şəraitində olur..buna görə də ya ana, yada uşaq ölür(( Bu insanların işi ancaq boş-boş danışmaq, kiməsə qara yaxmaq, qızlarının həyatın məhv etməkdi.((
Yadımdadı bir qiz var idi Nigar..oda mənim kimi sırf oxumaq üçün nələr etməmişdi..Şəhərə oxumağa getdi,arxasından nələr demədilər..Nə bilim filankəs saxlıyır,filan barda görüblər.Yazıq qız atası,anası bu geridə qalmış insanların sözü ilə onu övladlıqdan rədd etdilər..Amma Nigar əksinə namusu ilə oxumaq insan olmaq istiyirdi.Həm işləyib, həmdə oxuyurmuş...Bir gün dərsdən çıxanda işə gecikib deyə yolu qaçaraq geçəndə maşın vurub ölmüşdü..Bu xəbəri eşidəndə o qədər pis olmuşdumki,onsuzda bu insanlara nifrət edirdim, nifrətim beş qat artmışdı(((
Ağlıyaraq yuxuya getmişdim..oyandığımda artiq sabah idi.Nənəmin kimləsə danışdığını eşidib aşağı düşdüm..
-Denizim, sabahın xeyir)))
Hiii Fidan xanim səhər tezdən ne olub?))Ərə gətsəydin səndən qurtulardımee))
- Beləə yaxşı men gedirəm))
Xaxax))) Səni tanımasam inanacam gəl bura görüm))
-Hii, gəl çıxaq yuxarı))
N : Gözəl qızlarım qırmıyın bir-birizi))
Eshh nənə Fidandıdaa))
Otağa qalxıb yatağımda əyləşdim..
-Aşk olsun, ifritə Yunislə evlənirsən mənə niyə deməmisən? )) Toy var toyy))
Nə?! Nə evlənməsi? Nə toy?! Bezdim bu söhbətlərdən!|
((
-Səni başa düşmürəm,kefdəsən Yunis kimi biri səni istiyir
Nə kefi onunla evlənmək cəhənnəm əzabı kimi bir şeydi..!
-Off, Deniz başıvı işlət bilirsən nə qədər qiz ölür onun üçün?
Güldürmə məni, pulları üçün desən daha doğru olar
-Nə fərqi gül kimi yaşayacaqsan... Bax, sonra peşman olacaqsan deyirəm
"Kim bilir onunla evlənmədiyim üçün yox, ümumən bu insanı tanıdığım üçün peşman olacam"
Yetər ,Fidan, sənində xətrinə dəyməyim.Ürəyim bulanır bu movzu bağlansın istiyirəm..
-Özün bil,Samira xanım bu gün elçi gələcək, Rustam bəy gəlmiyəcək deyibki bir dəfə getdiyim qapıya bir də getmərəm...Agsaqqalarda gələcək işin çətindi((
Nə onları bura niyə qatır axı?!(
-"Yox" deyə bilmiyəcəksiz ona görə..."Hə" de bitsin bu iş
Nə?! Heç vaxt..Ölərəm o oküzlə evlənmərəm!((
-Nəysə.. Mən gedim işlərimiz çoxduu ...səndə sakitləş
Yaxşı..(

Fidanı yola saldiqdan sonra mətbəxə keçdim... Mmmm nə gözəl qoxular gəlir)) Nənə, neynirsən sən? Sənə işləmək olmaz?!
-A bala, nə olub mənə min cavana dəyərəmee))
Ay nenə bəsdii)))Qoy onları yerə..
-Bilirəm istəmirsən...Samiragil elçi gələcək..qonağı pis qarşılamaq bizə yaraşmaz
Nənə, mən istəmirəm gəlsinlər..((
- Get hazırlaş sən,mən bu işi yuna qoyacam
Yaxşı..Otağıma qalxıb şkafımdan qara uzun paltar seçdim..Qara örtüyüdə saçıma atıb aynanın önünə keçdim...Göstərəcəm sizə Dəniz kimdii!Onsuzda qara gündə idim, bu paltar tam bu günə uyğun idi...
Bir az keçmişdiki qapı döyüldü...Eşitsəmdə aşağı düşmədim.Nənəm gəlib məni çağıranda şoka girmişdi
-Dəniz, bu nə geyimdi?! Tez çıxar bunları!
Yox ,nənə,görsünlər kimi alırlar..
Aşağı düşdükdə Samira xanım məni görəndə az qaldı təəccübdən gözləri yerindən çıxsın..Ağsaqqallar isə başın bulayıb əyləşdilər..Yunis isə..bu adama deməyə söz tapmıram. 32 dişin ağardıb mənə baxırdı.Əsəblə keçib bir tərəfdə durdum.

Bir az sükutdan sonra ağsaqqallardan biri sözə başladı:
- Gəliş səbəbimiz bəllidi..Ay arvad bu insanlara çəkdirdiyiz nədi? Verin qızı şirin çayları içək
N: Əziyyət çəkib gəlmisiz..mənim cavabım bəllidi.
A:Xalidə arvad, bu qızın başı bağlanmalıdi əlbət!
Hiss edirdimki indi qırğın qopacaq...
S: Ay arvad bələ getsə bu qız qarıyıb qalacaq..Gül kimi oğlumu bəyənmir..Özü bir şeyə bənzəsə deyəcəm dünya gözəlidi..!
Y:Ana!
S: Sən qarışma! Neçənci dəfədi biz bu daxmaya, bunların ayağına gəlirik..Sənə qiz yoxduu!
X: Samiea xanım bu sözlər sizə yaraşmır..
S:Ay arvad bir ayağın qəbirdədi..Ver də bu qızı səhər sən öləndə başsız qalıb hansı yollara düşəcək Allah bilir...
X:Nəə?! Heç kim mənim nəvəmin tərbiyəsinə söz deyə bilməzz!
Samira xanım ağzın açmaq istiyirdiki..artiq susa bilmədim.. Yetər bəsdirin!Sizə heç kim haqq verməyibki mənim haqqımda yerli-yersiz danışasız!
Y:Dənizz, anamla düzgün danış!
Al ananıda çıxın evimizdən!
A: Arvad, bu sənin tərbiyə etdiyin qiz..
X: aaa bu ağ oldu..tez durun hamınız xoş getdiz!
Buna bəndmiş kimi qapını açıb... Tez çıxın xoşgetdiz.Hamısı deyinə-deyinə evi tərk edirdi
A: Xalidə arvad bu iş burda bitmədi..Verəcəksən deyiriksə verəcəksənn.!
Hamısı getdikdən sonra Yunisin mənə qəzəblə baxdığını gördüm.Nə baxırsan qoyun kimi tez sende çıx, yaxşı yol..!
-Dəniz xanım sənə ele bir şey edəcəmki, səninlə evlənməyim üçün ayaqlarıma düşüb yalvaracaqsan... Eşitdin!
Qapını əsəblə çırpıb getdii..
Nənə..nənə yaxşısan?!
-Dərmənımı gətir,təziqim qaxdı..Bu iş ciddiləşdi..Bir şey etməliyəm.Can balam, sənə qıymaqlarına icazə vermiyəcəm..
Nənə ağlama sakitləş..Nənəmin dərmənın verib yerinə uzatdım, o dəqiqə yuxuya getdi...Yunisin dediyi söz ağlımdan çıxmırdı..çox qorxurdum,birdən ağlıma gələn şey olsa!(( Yoxx bunu edə bilməz...
Ya ona "hə" deyib həyatımı məhv edəcəkdim, ya da "yox" deyib uçuruma gedəcəkdim....

ARDİ VAR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.