Səndə getmə ! 3 bölüm (hekayə)

17 Mart 2017
3 170
0
Səndə getmə ! 3 bölüm (hekayə)
Bu hadisələrdəndən bir həftə keçmişdi...Hələ də bir səs çıxmamışdı..Bu səssizlikdən qorxurdum. Nənəmdə çox rahat idi.Yeni bir səhəri yeni ümidlərlə açmışdım...Pilləkənləri enərkən nənəmin kimləsə ev telefonu ilə danışdığını eşitdim..."Çox narahat idim. Bu məsələni həll etdiyin üçün çox sağ ol oğlum...Mən artıq çox qocalmışam gözüm arxada qalsın istəmirəm . Gələn həftə Bakıya imtahan verməyə gələcək...Yaxşı xəbər edəcəm...Həsən oğlum, hər şey üçün sağ ol "
Eşitdiklərimdən sonra şoka düşmüşdüm.Bizim axı qohumumuz yox idi...Həsən oğlum dediyi insan kim idi?Nənəm məni görən kimi telefonun dəstəyin asdı..Əli ayağına dolaşmışdı.
Nənə, kimlə danışırdın?
-Sən..danışdıqlarımızı eşitdin?
Həsən kimdi, nənə?
-O şey..qonşu Leylanın qohumu..zəng çatmırmış narahat olub
Hə bildim.."Heç inandırıcı gəlməmişdi . Məni görən kimi niye bu qədər təlaşlandı axı?Bu suallara cavab tapa bilməmişdim"
Bu gün çox iş var idi..Fidanın xınayaxdısı...Hazırlıqlarda ona kömək edəcəkdim . Axırki böyük arzusuna çatırdı))Səhərdən başlanan yorucu hazırlıqlardan sonra axşama doğru gecə başlamışdı.Bütün kəndin xanımları,qızları demək olar ki, hamısı burda idi...Samira xanımla qızıda gəlmişdi...Mənə elə baxırdı ki eləbil düşməni idim...Bu baxışlar altında narahat olub bir az həyətə endim... Kim bilir bəlkə de, buralarda son günlərimi keçirirdim...Qızlardan biri məni çağırdığı üçün yuxarı çıxdım.Fidan çox gözəl olmuşdu..Geyindiyi qırmızı paltar ona çox yaraşırdı..Gəlin xanım çox gözəl olmusan))
-Çox sağ ol canım)) həyəcanlıyam..bu qədər olacağın bilməzdim
Həyəcanlanma nə var ki burda))
-Səni də görəcəm))
Salona keçib digər qızlarla əylənməyə başladıq..O qeder əylənmişdimki... bu aylar ərzində ilk dəfə ürəkdən gülmüşdüm...Bir az sonra onu salonun ortasında otuzdurub əlinə xına yaxmışdılar əlinin içinə böyük "F" hərfi yazmışdılar)) Sonra ise xına
gecələrinin məşhur mahnısını oxumağa başlamışdıq..

Örtüyü qaldırıb Fidana baxdım...bu qız dəlidir..gülürdü..ay qız, gül deyə oxumuruq ee ağla tez ol..səsim tutuldu))
-Neyniyimee ağlamağım gəlmir..))
Axır ki, uzun şeylərdən sonra ağlada bilmişdik)) Bütün bu prosedurlardan sonra Fidanın qızların əlinə hərf yazma mərasimi başlamışdı))...Səhərdən mənə bərk- bərk tapşırmışdı əlini sən də uzadarsan ..Düzü, mənə de maraqlı gəlmişdi...Gözlərin bağladıqdan sonra qızların əlinə bir-bir hərf yazmağa başlamışdı...Mənə növbə çatanda həyəcanlanmışdım..
-Hmm bu kimin elidi?)) Nərgiz, Aygün..yox..yox Ayselindi))
Özümü gülməmək üçün güclə tutmuşdum)) Böyük"A" hərfi yazmışdı. Sonralar bu hərf heyatımın bir parçası olacaqdı...Təəccüblənmişdim...Belə şeylərə inanmasamda en azından "Y" yazmamışdı..Yoxsa, dəli olacaqdım..Fəridin anası başıma sığal çəkib..-sənə də qismət qızım..-dedi Çox duyğulanmışdım..Görəsən, məndə belə xoşbəxt olacaqdım.
Bu gecə çox yorulsamda,həqiqətən, dəymişdi..Evə gələndə artıq gecə düşmüşdü. Nənəmin üzü bu gün nəsə gülürdü...

Nənə,nə olub belə sevinclisən?))
-Qızım Yunis məsələsini həll etdim...Yox cavabını verdim bu mövzu bağlandı
Nə?! Necə? Çox şükür))
-Mən nəvəmi istəmədən heç kime vermərəm))Necə etdiyim özümə qalsın..Zamanı gələndə hər şeyi biləcəksən))
"Bu nə demək idi...? Nəyi biləcəkdim? Yenə cavabsız suallar məni düşündürmüşdü" Əlimi yumaq üçün həyətə endim...Əlimdəki hərfi görəndə üzümdə gülümsəmə yaranmışdı..Azər, Adil,Aydın... Mən nə danışıram, deyəsən, Fidan məni də özünə oxşatdı))
Yuxarı çıxdıqdan sonra bu gün çox yorulmuşdum deyə özümü yatağıma atdım..Bu gün sevincli günümdə idim..İmtahanımada az qalmışdı.Bunları düşünə-düşünə yuxu məni tutmuşdu.
O qədər yorulmuşdumki günortaya yaxın oyanmışdım...Əynimi geyinib Fidangilə getmişdim...Hamının xeyr-duası ile oğlan evinə yola düşmüşdük..Toy öz axarı ile davam edirdi..Oynamağı sevdiyim üçün bir dəqiqə oturmamışdım. Kənardan kiminsə baxışların üzərimdə hiss edirdim, üzümü çevirdikdə Celil.m mənə baxıb gülürdü çox utanmışdım, ona yaxınlaşıb salam verdim

Salam Cəlil m. sizdə burdasız?))
-Salam Dəniz, ilk dəfədi kənd toyunda oluram.. Bunu qaçırtmaq olmazdı..Görürəm oynamağı yaman sevirsən))Gözel oynuyursan))
Onsuzda utanmışdım bu sözlərdən sonra yanağımın allandığını hiss edirdim..Bu insanın üzündəki gülümsəmə insanda rahatlıq yaradırdı...
Toy bitdikdən sonra Fidangili təbrik edib evə yollanmışdım...Nənəm tez getdiyi üçün tək qayıtmalı olmuşdum, yolu elə tez-tez gedirdim ki,elebil arxadan məni qovan biri var idi.. İçim çox narahat idi..Bir anlıq qolumdan kiminsə tutduğunu hiss etdim, qışqırmaq istəyəndə ağzımı tutdu..
-Sakit ol, qışqırma!
Bu səs..Yunis, Aman Allahım sen mənə kömək ol((
-Səsini çıxartma, əlimi buraxacam, qışqırsan günah məndən getdi...onsuzda bu saatda heç kim səni eşidən deyil..!
Ağzımı buraxan kimi çığır -bağır salmışdım..Əclaf, sən kimsən həə?? Kim!? Sən nə haqla mənə toxunursan..
-Mən? Mən kiməm?! Gələcək həyat yoldaşın...mənimlə danışanda səsinin tonuna diqqət yetir..!
Bu adam xəstədi.. Yüz faiz dəlidir. Burax məni..!

Dedimki qışqırma! Nənən, bu işi necə yoluna qoyub bilmirəm..amma o balaca beyninə yerləşdir.. Sən məndən başqa heç kimə yar olmayacaqsan. Ya öz istəyinlə mənə hə deyəcəksən, ya da bu iş bu gün bitəcək..Lazım gəlsə zorlaa!
Nə?! Heç vaxt ölərəm ,amma yox
-Yaxşı günah məndən getdi..
Qolumu bərk sıxıb...-mənimlə gedirsən!
Yalvarıram,Yunis burax məni,acı mənə...Çırpınsamda gücüm çatmırdı..yerə yıxılmışdım..dizlərim sıyrılmışdı..çox incidirdii..bununla belə məni aparmağa çalışırdı
-Qalx! Dedim sənə heç kim mənə yox deyə bilməz..
Belə sevgi ola bilməz sən xəstəsən! Xəstə burax dedim.. İnsan sevdiyinə qıya bilməz..Göz yaşlarım dayanmadan axırdı..
-Qışqırma onsuzda bu saatda heç kim eşidən deyil..bitdii artıq! Qaçan qız geri qayıtmır bilirsən də...
Burax dedim, burax...Bu gündən sonra ya həyatım, bütün xəyallarım məhv olacaqdı, ya da kimsə imdadıma çatacaqdı...

ARDI VAR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.