Müdrik Qadın Ağıllı Qadından Nə İlə Fərqlənir ?

12 Nisan 2021
1 725
0
Müdrik Qadın Ağıllı Qadından Nə İlə Fərqlənir ?
Feat.Az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.

1. Ağıllı qadın - ərinin səhvini görüb, ona bunu bildirəcək.Sonra da ona bunu əvvəlcədən xəbərdarlıq etdiyini xatırladacaq.
Müdrik qadın – dəstək olacaq, ruh verəcək, hətta bəzən elə edəcək ki, guya heç bir şeydən xəbərdar deyil.

2. Ağıllı qadın – böhranlı vəziyyətdə düşünəcək və ərinə düzgün yaşamağı öyrədəcək.
Müdrik qadın – incə şəkildə ərinə doğru istiqaməti göstərəcək və onun məqsədə çatması üçün hər zaman arxasında olduğunu hiss etdirəcək.

3. Ağıllı qadın – nə olur olsun övladlarına riyaziyyat dərsini məcburi öyrədəcək.
Müdrik qadın – övladlarının hər birində öz şəxsiyyətini görəcək.

4. Ağıllı qadın – işdə hamıdan yaxşı olmağa və səhv etməməyə çalışacaq.İş yoldaşları da ona xüsusi ehtiyatla davranacaq.
Müdrik qadın – işdə özünə qarşı ətrafdakılarda istək və sevgi yaradacaq.

5. Ağıllı qadın – öz böyük övladlarınınşəxsi həyatına qarışacaq, öz məsləhət və təkliflərini verib, necə düzgün yaşamaq lazım olduğunu öyrədəcək.
Müdrik qadın – övladlarına həyat təcrübəsi almağa imkan verib, bütün çətin zamanlarda arxasında duracaq.

6. Ağıllı qadın – bütün dünyanı, ətrafındakı insanları dəyişmək istəyəcək.
Müdrik qadın – özü dəyişilməyə çalışacaq.Ətrafdakıları isə olduğu kimi qəbul edəcək.

7. Ağıllı qadın – haqqlının xoşbəxt olduğunu düşünür.
Müdrik qadın – kimin haqqlı, kimin xoşbəxt olduğunu ayırd edə bilir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET