Sənlə həyat çox gözəldi...

20 Ekim 2014
1 909
0
Sənlə həyat çox gözəldi...
Sənlə həyat çox gözəldi...

Hər fikrimdə, animdasan.
Damarimda qanimdasan,
Nə yaxşi ki, yanimdasan,
Sənlə həyat çox gözəldi...

Dar günümün dayağisan.
Qəlb evimin çirağisan,
San ki, uşaq sayağisan,
Sənlə həyat çox gözəldi...

Şöhrətimsən,həm də şanim.
Fəda olsun sənə canim,
Xoşbəxt keçir hər bir anim.
Sənlə həyat çox gözəldi...

Bəzəmisən el-aləmi,
Unutmuşam dərdi qəmi.
Mən sahiləm,sənsə gəmi..
Sənlə həyat çox gözəldi...

Qarşidadir günlər hələ.
Sənli anlar düşməz ələ,
Çox uzaqda olsan belə...
Sənlə həyat çox gözəldi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.