Daraq:
Duşdan əvvəl və ya sonra saçınızı daradıqda sizdə daraqları hamamda qoyanlardansınızsa bundan dərhal imtina etməlisiniz.
Feat.Az bildirir ki, Daraqlar nəmli, isti və nəm mühitlərdə asanca bakteriya istehsal edə bilər.
Aksessuarlar
Hamamın nəmli mühiti aksessuarların oksidləşmə prosesini sürətləndirəcək və ləkələrin ortaya çıxmasına səbəb ola biləcək. Buraxın aksessuarları, saatlarınızı hamamda saxlamağı, duşa girmədən əvvəl yataq otağında çıxarın aksessuarlarınızı deyərəm.
Saç qurutma Maşını:
Saç qurutma maşını (fen) kimi elektronik alətlər duşun isti və nəmli mühitindən təsirlənərək xarab ola bilər. Buna görə bunları yataq otağınızda saxlayın.
Qəlib Sabunlar:
Hamamda istifadə etmək üzrə, xüsusilə də açıqda buraxılmış qəlib sabunlar istifadə etməyin. Həm hər kəsin mikrobunun sabuna bulaşması və duş kimi nəmli mühitdə o mikrobların asanca törəyə bilər. Buna görə ən yaxşısı maye sabunlar istifadə etmək.
Makiyaj Ləvazimatları:
Toz, krem və ya maye ... Hansı formada olduğunun heç bir əhəmiyyəti yoxdur. Hamamda heç bir makiyaj ləvazimatınızı saxlamayın.
Dırnaq Boyaları:
Normalda ömrü iki ilə qədər çıxa bilən lakları hamamda saxlamağınız halında çox daha qısa zamanda xarab ola bilər.
Dərmanlar:
Dərman şkafını hamamda tutanlardan birisiniz? Duşun dəyişən istiliyi, nəmli mühiti dərmanlar üçün heç də uyğun deyil. Bu səbəblə daim quru və otaq istiliyində qalacaq bir yerdə (əlbəttə saxlama şərtləri dərmana görə dəyişə bilər!) dərmanları tutmaqda fayda var.
Ətir:
Makiyaj vəsaitləri üçün keçərli olan şey, ətirlər üçün də keçərlidir. Duşun yüksək nəmi və istiliyi ətirin quruluşuna, qoxusuna ciddi zərər verir.
Dəsmallar:
Tualet kağızları və dəsmalları hamamdakı şkafınızda saxlayırsınızsa bir dərəcədə, amma buradakı kimi açıq şkaflarda dayanırsa təcili olaraq başqa bir yerə yerləşdirin deyirik.
Təraş Bıçaqları:
Əgər bağlı bir qabı varsa təraş bıçağı və hətta təraş maşınının hamamdakı bir şkafda mühafizə etmək çox zərər verməyə bilər, ancaq açıqda saxlanılırsa nəmli mühitdə asanca paslanacaqlarını unutmamalısınız.