Həyat haqqında aforizmlər

11 Nisan 2017
2 738
0
Həyat haqqında aforizmlər
Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxşı söz tanımıram(Mahatma Qandı)

Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.

Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.QANDİ)

Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.VEYS)

Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (SAFİR MORİÇ)

Qadin çox şey istəyir,amma birindən.Kişi bir şey istəyir,amma çoxundan. (KONSTANTİN MELAXİN)

Necə ər istəyirsən-kasıb,yoxsa varlı?Kasıba ərə gedəcəksən-ərindən başqa heç nəyin olmayacaq.Varlıya ərə gedəcəksən-ərindən başqa hər şeyin olacaq. (KONSTANTİN MELAXİN)

Sənin qəbahətlərini üzünə deyən düşmən,bunları gizlədən dostdan yaxşıdır. (SOKRAT)

Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)

Hünərsiz ağıl qadınlara,ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)

Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.LERMONTOV)

Mənə elə dost lazım deyil ki,hər şeydə mənimlə razılaşsın,mən başımı əyəndə o da əysin,ona qalsa mənim kölgəmdə dostdur. (PLUTARX)

Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.MONTYESKE)

Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Cin atalar sözü)

Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Cin atalar sözü)

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)

Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)

Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)

Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.